Tünzalə Ağayevadan bodi-art - Fotolar
Bizi izləyin

Tabloid.az

Tünzalə Ağayevadan bodi-art - Fotolar

Tünzalə Ağayevadan bodi-art - Fotolar

Əməkdar artist Tünzalə Ağayeva bu günlərdə “Gözləyirəm” adlı sinqlını təqdim edəcək.

Tabloid.az xəbər verir ki, məhz bu mahnı üçün sənətçi xüsusi fotosessiya etdirib. O, fotosessiyada tanınmış dizayner Gülnarə Xəlilovanın kolleksiyasından geyinib. Onu da deyək ki, Tünzalə Ağayeva uzun illərdir ki, Gülnarə Xəlilova ilə əməkdaşlıq edir.

Sənətçinin obrazı üzərində stilistləri işləyib. Fotosessiyada diqqət çəkən məqam müğənninin bədənində rəssam Ülviyyə Musayeva tərəfindən edilən bodi-art olub.

T.Ağayeva “1news.az”-a açıqlamasında bodi-artla hər zaman maraqlandığını deyib:

“Bu sənət növünün tarixi hələ qədimlərə gedib çıxır. Buna misal olaraq xına ilə naxış çəkməyi göstərmək olar. Bodi-art layihəsini bir müddət öncə Ülviyyə Hüseynova ilə etmişdik. Onun işlərini maraqlı, qeyri-adi və kreativ hesab edirəm. Yenidən öz dinləyicilərimi təəccübləndirmək istədim. Bununla da növbəti bodi-art layihəmi təqdim etdim. Bodi-artda əsas şəkil Günəş olacaq. Bədənimdəki günəşin qara olmasına baxmayın. Bu şəkil heç bir neqativ ruh daşımır. Ancaq və ancaq pozitiv aşılayır”.

Müğənni indiyədək bədəninə tatu (döymə) etmədiyini və bundan sonra da etməyəcəyini deyib. Mətbuatda tatu etməsi ilə bağlı yazılanlara da münasibətini bildirib:

“Mətbuatda bədənimə tatu etməyimlə bağlı çox yazılar yazıldı, amma bu absurddur. Tatu etməmişəm və etməyəcəyəm də. Bədənimdə olan isə bodi-artdır. Xüsusi rənglər və ya xına ilə yazılıb. Hansı ki, su ilə yuyulub gedir. Bodi-artla bağlı bir sıra maraqlı ideyalarım var, onları bu yaxınlarda reallaşdıracağam”.

T.Ağayevanın bodi-art fotosessiyasından olan şəkillərinin bir qismini oxucularımıza təqdim edirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm