Röya keçmiş həyat yoldaşı üçün mahnı oxuyub? - Video
Bizi izləyin

Tabloid.az

Röya keçmiş həyat yoldaşı üçün mahnı oxuyub? - Video

Müğənni Röya yeni albomunu təqdim etməyə hazırlaşır.

Müğənni Röya yeni albomunu təqdim etməyə hazırlaşır.

Tabloid.az xəbər verir ki, müğənni albomuna daxil etdiyi son mahnıdan bir parça ifa edərək, “İnstagram” bloqunda paylaşıb:

Sənətçinin yeni mahnısından bir hissəni təqdim edirik:

“Yastığa-yorğana, geydiyin əşyalara

Səni hər yerdə, hər şeyə qısqanmışam.
Yanımda mənə yad qəlbə, yad adamla
Bir yastığa baş qoymaq olmur asan.

Bu da növbəti albomuma daxil olacaq sonuncu mahnıdan bir parçadır. Ağladacağam e, bu il sizi”.

Qeyd edək ki, bu günlərdə Röya həyat yoldaşı Anar Cəlilovdan boşanması ilə bağlı rəsmi açıqlama vermişdi. Müğənni mətbuata çoxdan boşandıqlarını demişdi. Nə bilmək olar, bəlkə də müğənni yeni mahnısını keçmiş həyat yoldaşına ithaf edib...

Xatırladaq ki, Röya ilə Anar 2008-ci ilin avqustun 22-də ailə həyatı qurmuşdular. Onlar ümumi dostlarının toyunda tanış olublar. Onların Hüseyn adlı bir övladı var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm