Hülya Avşar da buzlu su ilə islandı - Foto, Video
Bizi izləyin

Tabloid.az

Hülya Avşar da buzlu su ilə islandı - Foto, Video

Başından aşağı buzlu su tökmək çılğınlığı bütün ulduzları əsir alıb

Başından aşağı buzlu su tökmək çılğınlığı bütün ulduzları əsir alıb.

Türkiyəli məşhurlar da dünya ulduzlarının izindən gedərək skleroz (ALS) xəstələrinə dəstək vermək üçün buzlu su ilə özlərini islatmağa başlayıblar.

Son olaraq türkiyəli müğənni Hülya Avşar başından buzlu su tökərkən çəkilmiş videosunu paylaşıb.

Estafeti aparıcı Burcu Esmersoydan alan Hülya Avşar bikinisi ilə kamera qarşısına keçərək buzlu su ilə özünü isladıb. Müğənni yaraşıqlı aktyor Çağatay Ulusoyu bu kampaniyada iştirak etməyə çağırıb.

Qeyd edək ki, kampaniyanın şərtinə görə, vəqfə yardım etmək istəyən hər kəs sevdiyi üç nəfəri seçir və onlara meydan oxuyur. Daha sonra da başından bir vedrə buz kimi su tökür. 24 saat içində həmin 3 nəfər də özlərini islatmalıdır. Əks təqdirdə vəqfə 100 dollar bağışlamalı olur.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm