“Kişilər bədənimlə bağlı fantaziyalar qururlar” - Fotolar
Bizi izləyin

Tabloid.az

“Kişilər bədənimlə bağlı fantaziyalar qururlar” - Fotolar

“Kişilər bədənimlə bağlı fantaziyalar qururlar” - Fotolar

İnsanların seçilmək və fərqlənmək arzusu onları daha nələr etməyə vadar etmir ki? İnsanın özünü barbi gəlinciyinə çevirməsi də son zamanlar yaman dəbə düşüb.

Lolita Riçi adlı 16 yaşlı ukraynalı qız da bu xəstəliyə tutulanlardandır. Lolita iddia edir ki, o heç bir estetik əməliyyat keçirməyib. Barbi gəlinciyinə bənzəmək üçün istifadə etdiyi yeganə süni şey linzalardır. Anası barbi gəlinciyinin bədən ölçülərinə sahib olan Lolitanın bu imicini dəstəkləyir. Lolitanın 33 yaşlı anası Anya Riçi qızının görünüşü ilə qürur duyur.

Lolita kişilərin çoxunun onunla bağlı fantaziyalar qurduğunu iddia edib. “Kişilər mənimlə maraqlansa və mənimlə bağlı müxtəlif fantaziyalar qursa da, onların heç birini sevmirəm”. Lolita özündən başqa heç kimi barbi gəlinciyi olaraq tanımadığını, həmçinin ən mükəmməl bədən ölçülərinə sahib olduğunu iddia edib. Rusiya mətbuatına verdiyi açıqlamada “Mənim bədənimlə heç kim yarışa bilməz” deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm