Samir Bağırovun sevgilisi olduğu deyilən Samiraldo onu belə təbrik etdi - Foto
Bizi izləyin

Tabloid.az

Samir Bağırovun sevgilisi olduğu deyilən Samiraldo onu belə təbrik etdi - Foto

Bu gün Azərbaycan şou-biznesinin ən esktravaqant ulduzu Samir Bağırovun doğüm günüdür.

Bu gün Azərbaycan şou-biznesinin ən esktravaqant ulduzu Samir Bağırovun doğüm günüdür.

Tabloid.az-ın əldə etdiyi məlumata əsasən, 47 yaşı tamam olan Samir ən xoş gününü yenə də təmtəraqsız qeyd edəcək. Tez-tez depressiya yaşayan müğənni son 10 ildə peşəkar səhnədən uzaq düşüb. İfaçı hətta efirlərə belə çıxmır, yaradıcılıqla məşğul olmur.

Doğum günü münasibətlə sənətçini yaxın dostu, stilist Samiraldo (Samir Əliyev) təbrik edib. O, bunu “Facebook” vasitəsilə edib. Stilist sənətçi ilə birgə olan fotosunu paylaşaraq, “Bu gün sənin günündür dost, ad günün mübarək” -şərhini yazıb.

Samiraldo Tabloid.az saytına açıqlamasında Samir Bağırovla artıq 2 ildir ki, küsülü olduqlarını deyib:

“Əslində, aramızda heç bir problem yaşanmayıb. Biz 10 il birgə işləmişik. Daha sonra Samir nədənsə mənimlə işləmək istəmədi, uzaqlaşdı. İndi isə onun nömrəsini bilmirəm ki, zəng edib, doğum gününü təbrik edim. Ürək sözlərimi “Facebook”da yazdım, çünki bilirəm ki, o, mənim səhifəmə həmişə girib, baxır...”

Yeri gəlmişkən, bir neçə ay öncə müğənni ilə stilistin sevgili olması ilə bağlı xəbərlər yayılmışdı. Amma hər iki tərəf bu haqda münasibət bildirməmişdi.

Qeyd edək ki, Samir Bağırov 1967-ci il avqustun 21-də Bakı şəhərində anadan olub. 126 nömrəli orta məktəbdə oxuduğu zaman bir çox festival və müsabiqələrdə iştirak edib. Orta məktəbi bitirdikdən sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının vokal şöbəsinə daxil olub. Hərbi xidmətini isə Ukraynada başa vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm