Tabloid.az
Konçita da başına buzlu su tökdü – Video
Bütün dünyada skleroza (ALS) diqqət çəkmək və bu xəstəlikdən əziyyət çəkənlərə maddi yardım etmək məqsədi ilə geniş kampaniya başladılıb.
Tabloid.az xəbər verir ki, dünya ulduzlarının ALS-dan əziyyət çəkən xəstələrə yardım məqsədilə keçirilən xeyriyyə kampaniyasına dəstək olanların sayı günbəgün artır. İndiyə kimi bu kampaniyaya “Facebook”un yaradıcısı Mark Zükerberq, “Microsoft”un prezidenti Bil Qeyts, müğənnilər Cenifer Lopez, Hülya Avşar, futbolçu Arda Turan və digər məşhurlar qatılıb.
“Eurovision-2014”ün qalibi Konçita Vurst da kampaniyaya qoşulub. O, bu xəstəlikdən əziyyət çəkənlərə kömək etmək üçün başına buzlu su tökdüyünü deyib. Həmkarı 3 tanınmış adamı bu kampaniyaya qoşulmağa səsləyib. Onlardan biri də Kayli Minouq olub.
Qeyd edək ki, ALS - Amyotrofik lateral skleroz xəstəliyidir. Sinir sistemi xəstəliyi ALS-nin ən əsas özəlliyi, əzələlərin zəifləyərək əriməsi və xəstənin ən sonda qüvvətdən düşməsi və yatağa bağlanması ilə nəticələnir. Bu xəstəlik bir müddətdən sonra danışma və udqunma problemi yaradır. Xəstəliyin sürətlənən vaxtlarında içərisində hava çatışmazlığı və ağciyər infeksiyası ölümə səbəb ola bilir. Xəstəliyə hər 100 min nəfərdən birində rast gəlinir.
Məlum flaşmoba gəlincə, başına bir vedrə buzlu su tökən şəxs 3 adamı bu hərəkəti təkrarlamağa dəvət edir. Həmin şəxslər başına bir vedrə buzlu su tökmürsə, ALS xəstələrinin vəqfinə 100 dollar verməlidir.
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi