Samir Bağırov: “Ürəyim doludur, amma çox danışmaq istəmirəm”
Bizi izləyin

Tabloid.az

Samir Bağırov: “Ürəyim doludur, amma çox danışmaq istəmirəm”

Bu gün 47 yaşı tamam olan sevilən sənətçi Samir Bağırovun doğum günüdür.

Bu gün 47 yaşı tamam olan sevilən sənətçi Samir Bağırovun doğum günüdür.

Tabloid.az xəbər verir ki, müğənni doğum gününü qeyd etməyə elə də həvəsli deyil. O, ən xoş gününü yenə də təmtəraqsız qeyd edəcək. Tez-tez depressiya yaşayan müğənni son 10 ildə peşəkar səhnədən uzaq düşüb. İfaçı hətta efirlərə belə çıxmır, yaradıcılıqla məşğul olmur.

“Doğum günümü qeyd etməyə o, qədər də həvəsli deyiləm. Adi qaydada doğum günü keçirəcəyəm. İki yaxın dostumla birlikdə olacağam. Bu həvəsizlik bəlkə də səhnədə uzaq düşdüyüm üçündür. Ürəyim doludur, amma çox danışmaq istəmirəm. Məni doğum günümdə yada salan hər kəsə öz təşəkkürü bildirirəm”-S.Bağırov bu sözləri “azeriturk.az” saytına açıqlamasında deyib.

Xatırladaq ki, Samir Bağırov 1967-ci il avqustun 21-də Bakı şəhərində anadan olub. 126 nömrəli orta məktəbdə oxuduğu zaman bir çox festival və müsabiqələrdə iştirak edib. Orta məktəbi bitirdikdən sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının vokal şöbəsinə daxil olub. Hərbi xidmətini isə Ukraynada başa vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm