Çillərdən xilas olmağın ən asan yolu
Bizi izləyin

Tabloid.az

Çillərdən xilas olmağın ən asan yolu

Ağ dərili insanların daha çox üzləşdiyi çil problemi bir çox qadını narahat edir. Düzdür çillərini bəyənən və onları cazibədarlıq mənbəyi olaraq görən qadınlar da var. Amma xanımların çoxu üz, sinə və bel bölgəsində görülən çillərdən xilas olmağın yolları

Ağ dərili insanların daha çox üzləşdiyi çil problemi bir çox qadını narahat edir. Düzdür çillərini bəyənən və onları cazibədarlıq mənbəyi olaraq görən qadınlar da var. Amma xanımların çoxu üz, sinə və bel bölgəsində görülən çillərdən xilas olmağın yollarını axtarırlar.

Əvvəlcə onu qeyd edək ki, çillərin ən böyük səbəbi Günəşin zəzərli şüasına məruz qalmaqdır. Həssas dəriyə sahib olanlar evdən çıxmadan öncə 50+ qoruyucu faktorlu günəş kremi çəkməlidirlər.

Mütəxəssislər çillərədən xilas olmağın ən asan üsulunun kimyəvi pilinq və lazer müalicəsi olduğunu deyirlər. Bu proseduralar çillərin rəngini açacaq və onların kiçilməsinə səbəb olacaq.

Ancaq bu proseduraları etdirəcək imkanınız yoxdursa, narahat olmayın. Çillərdən xilas olmaq üçün təbii və ucuz vasitələr də var. Çillərin ən böyük düşmənı limon suyudur. Hər gün üzünüzü limon suyu ilə təmizləyə bilərsiniz.

Digər bir üsul isə belədir:

Bir yemək qaşığı kətan toxumunu qaynadın. Daha sonra soyumağa qoyun. Soyuduqdan sonra pambıq vasitəsilə bu suyu üzünüzə çəkin. 20 dəqiqə gözlədikdən sonra üzünüzü ilıq su ilə yuya bilərsiniz.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm