Bu da Tünzalə Ağayevanın yeni mahnısı - Audio, Fotosessiya
Bizi izləyin

Tabloid.az

Bu da Tünzalə Ağayevanın yeni mahnısı - Audio, Fotosessiya

Əməkdar artist Tünzalə Ağayeva yeni “Gözləyirəm” adlı mahnısını internetdə təqdim edib.

Əməkdar artist Tünzalə Ağayeva yeni “Gözləyirəm” adlı mahnısını internetdə təqdim edib.

Tabloid.az xəbər verir ki, mahnının sözləri millət vəkili Qənirə Paşayevaya, musiqi müğənninin özünə, aranjeman isə Emin Kərimova məxsusdur.

Mahnının lentə alınmasında saksofon ifaçısı Teymir Süleymanbəyli və türkiyəli gitaraçı Oğuz Abbak iştirak ediblər. Mahnının posterinin dizaynı üzərində Nəriman Nərimanzadə iştirak edib.

Qeyd edək ki, məhz bu mahnı üçün sənətçi xüsusi fotosessiya etdirib. O, fotosessiyada tanınmış dizayner Gülnarə Xəlilovanın kolleksiyasından geyinib. Onu da deyək ki, Tünzalə Ağayeva uzun illərdir ki, Gülnarə Xəlilova ilə əməkdaşlıq edir.

Sənətçinin obrazı üzərində stilistləri işləyib. Fotosessiyada diqqət çəkən məqam müğənninin bədənində rəssam Ülviyyə Musayeva tərəfindən edilən bodi-art olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm