Alış-veriş etmədən öncə ən dəbli aksessuarlar ilə tanış olun!
Bizi izləyin

Tabloid.az

Alış-veriş etmədən öncə ən dəbli aksessuarlar ilə tanış olun!

Hər mövsümdə dəbli görünmək üçün aksessuar modasını təqib etmək lazımdır

Qadınlar hər mövsümdə, hər hava şəraitində gözəldirlər və bu gözəlliklərini qorumağa maraqlıdırlar. Xanımlar öz zərifliyi və stilləri ilə qış aylarının boz, sıxıcı əhval-ruhiyyəsini dəyişməyi də əla bacarırlar. Təbii ki, bu işdə onlara brendlərin təqdim etdiyi bir-birindən zövqlü geyimlər və aksessuarlar kömək edir.

Bu dəfə sizi qışın ən dəbli aksessuarları ilə tanış etmək istəyirik.

Qış üçün alış-veriş etmədən öncə yazımızı oxumağınız məsləhətdir.

Tək qulağa taxılan iri sırğalar

2014-2015 qış mövsümünün dəb tendensiyalarına nəzər saldıqda həm geyimdə, həm də aksessuarda qeyri-adiliyə üstünlük verildiyini görürük.

Qış aylarında uzaqdan belə diqqəti cəlb edə biləcək iri və rəngli sırğalar dəbdə olacaq. Çiyinə dəyən, uzun saçların belə gizləyə bilmədiyi, ehtişamlı sırğaları almağa tələsin.

Tək qulağa taxılan kiçik sırğalar

İngiliscə “Ear cuff” adlanan bu dəb çılğınlığı bütün qadınları öz təsirinə salıb. Stilinin fərqli və yaddaqalan olmasını istəyən xanımların seçimi qulaqlardan yalnız birinə sadə, eyni zamanda, da şıq sırğalar taxmaqdır.

Əgər yay aylarında bu sırğalardan istifadə etməmisinizsə, qışa kimi heç olmasa bir ədəd əldə edin.

Sinəni örtən boyunbağılar

1

Afrika qəbilələrinin qadınlarının boynundakı aksessuarları xatırladan bu boyunbağılar qış aylarında tez-tez qarşımıza çıxacaq. İdman üslübundan, klassik üsluba kimi bütün tərzlərlə uyğunlaşan bu boyunbağılar xanımların ən sevimli aksessuarına çevriləcək.

Köynəyin yaxasına taxılan broş

Son illərdə dəbli xanımların ən çox istifadə etdiyi aksessuarlardan biri də köynəklərin yaxasına taxılan aksessuarlardır.

2014-2015 qış mövsümündə rəngarəng qaşlarla bəzədilmiş yaxa broşlarından istifadə etməyi unutmayın.

Çiçəkli bijüteriyalar

Yay aylarında bol-bol istifadə etsək də, çiçəkli aksessuarlardan doya bilmədik. Deyəsən, moda dizaynerləri də bunun fərqindədirlər.

İlk baxışda qışla heç bir əlaqəsi olmayan bu rəngarəng çiçəkli aksessuarlar qarlı havalarda da bizimlə olacaqlar.

Çiçək motivləri həm boyunbağı, həm qolbaq, həm də sırğalarda istifadə ediləcək.

Mis rəngli aksessuarlar

Əgər rəngarəngliyi sevmirsinizsə və bohem tərzinə daha çox meyl edirsinizsə, sizin üçün də uyğun aksessuarlar tapmaq asan olacaq. Çünki qışda mis rəngli bijüteriyalar da dəbə minəcək. Xüsusilə də mis sırğaların populyar olacağı gözlənilir.

Boğaza yapışan xalta boyunbağılar

Xaltanı xatırladan boyunbağılar da qış aylarının ən dəbli aksessuarları sırasındadır.

Qalın və ya incə modellərini seçə bilərsiniz. Xüsusilə də rok tərzini sevən və çılğınlığı ilə diqqət çəkmək istəyənlərin ən sevimli aksessuarına çevriləcək.

Qalın kəmərlər

Keçmiş illərin dəbini xatırladan qalın kəmərlər müasir şəhərli qadının tərzinə uyğun gəlir.

Demək olar ki, bütün brendlər bu il qalın kəmərlərə üstünlük veriblər. sevdiyiniz brendlərdən istədiyiniz modeldə kəmərlər əldə edə bilərsiniz. Qışın dəbli xanımı olmaq istəyirsinizsə, indidən alış-veriş üçün siyahı hazırlayın. Siyahıda qalın kəmərləri yazmağı unutmayın.

Zəncir boyunbağılar

Tünd rəngli, xüsusilə də qara koftalarla əla görünən zəncir boyunbağılar 2014-2015 payış-qış mövsümünün ən diqqət çəkən aksessuralarından biri olacaq.

Bu boyunbağılar sayəsində adi bir geyimi şıq və dəbli göstərmək mümkün olacaq.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm