Vüsalə Musayeva Ərəbzəngi olacaq - Fotolar
Bizi izləyin

Tabloid.az

Vüsalə Musayeva Ərəbzəngi olacaq - Fotolar

Yeni mövsümdə Opera və Balet Teatrının səhnəsində “Şah İsmayıl” oynanılacaq.

Yeni mövsümdə Opera və Balet Teatrının səhnəsində “Şah İsmayıl” oynanılacaq.

Tabloid.az xəbər verir ki, teatrın solisti Vüsalə Musayevaya Ərəbzəngi partiyası həvalə olunub:

“Ərəbzəngi obrazında efirdən Rübabə Muradova, Gülxar Həsənova, Sahibə Əhmədova , Həqiqət Razayevanı izləmişəm. Həmişə tamaşaçılar qarşısında zərif qəhrəmanları canlandırmışam. Bu dəfə isə qəhrəman bir qadın obrazını ifa edəcəyəm. Düşünürəm ki, qəhrəman obrazını canlandırmaq mənə bir az çətin olacaq. Çünki qılınc oynatmaq üçün çox məşq etməli olacağam. Qılınc çox ağırdır, qollarım ona dözməz. Amma ümid edirəm ki, Allahın mənə verdiyi daxili güc və sevgi bu obrazı canlandırmağa nəsib və kömək edəcək”.

Qeyd edək ki, “Şah İsmayıl”a əməkdar incəsənət xadimi, rejissor Hafiz Quliyev quruluş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm