Yer üzünün cənnəti - Fotolar
Bizi izləyin

Tabloid.az

Yer üzünün cənnəti - Fotolar

Bali Paris kimidir, ömründə bir dəfə gördünsə, sonra yenə görmək istəyirsən

Balini görənlərin heyranlıqdan dili tutulur, sanki bir anlıq keyləşirlər. Yaşıllıq, gül-çiçəklər, dalğaların səsi, səhləb çiçəyinin qoxusu, çimərliyin ağ qumsalığı… İstirahət üçün bundan yaxşı nə ola bilər ki?! Lüks otellərin otaqlarının qapısı okeana açılır.

Bali –hər şeyin başqa olduğu bir dünyadır. Rənglər, səslər, hərəkətlər elə rəvandır ki, elə bil ki, bu qarabuğdayı, bəstəboy qadın və kişilər rəqs dərsləri alıblar. Hətta hava belə başqadır-ətirli, məstedici, tropik. Gözlər acgözcəsinə bu əfsanəvi cənnətin xüsusiyyətlərini seyr edir: üfüqdə tüstülənən vulkan, düyü zəmilərinin terrası, gömgöy rəngi ilə göz qamaşdıran dəniz və minillik xəyallara dalmış sakit çimərlik. Çimərliklərin ağ qumluğu, bağların zümrüd yaşıllığı üzərinə qəribə sehrli bir sakitlik çöküb.

İnsan birdən anlayır ki, xoşbəxtdir. Sahilboyu yerləşən otellərin dəbdəbəliyində, şəhərciklərin küçələrində, xüsusi ətir iyi ilə rayihələnən qədimi dükanlarda turistlər ən arzulanan qonaq hesab edilirlər. Milli xüsusiyyətə çevrilmiş əbədi səmimilik hətta aqressiya və kobudluğu qadağan edən icma qanunlarında da belə əksini tapmışdır. Yəqin ki, Balinin sakinləri xoşbəxtdirlər. Dənizinin qumluğunda saysız-hesabsız krabların süründüyü, otellərin kiçik bulağında səhləb və şannagüllənin bitdiyi, dənizlə səmanı birləşdirərək onları nurlu sonsuzluğa qərq olmağa məcbur edən qürubu olan bu adada xoşbəxt olmamaq olarmı?!

Fəsillərin bir-birini əvəz etməsi istirahətin gözəlliyinə mane olmur. İl boyu gündüz temperatur təxminən otuz, dağlarda isə 20 dərəcə olur. Suyun da temperaturu dəyişməz qalaraq 27-29 dərəcə olur.

Bali Indonesia HD desktop High Definition Wallpaper 1920x1200 Hot HD Wallpaper

May ayından oktyabradək Balidə quru hava şəraiti hökm sürür, yağıntılı havalar noyabrdan aprelədək davam edir, ancaq yağışlar çox olmur, yağış əsasən, sübh çağı yaxud gecələr yağır, günün çox hissəsi isə günəşli keçir. Buna baxmayaraq, İndoneziyanın əsas məzuniyyət dövrləri haqda məlumat almaq yaxşı olardı.

Bali adasında ən ekonom sinfindən tutmuş dünya səviyyəsində 5 ulduzlu otellərədək hər kateqoriyalı otellər var. Bundan başqa, burada icarəyə götürmək üçün bahalı villalar və qənaətli istirahət üçün kiçik büdcəli apartamentlər də təklif olunur. Bali adasının başlıca xüsusiyyəti okean sahilində yaxud təpələrin yamaclarının sıx tropik yaşıllığında yerləşən villaları təklif edən kiçik butik-otellərdir. Burada siz yalnız okeanın səsinin, palma yarpaqlarının xışıltısının, vəhşi quşların səsinin mane ola biləcəyi təbiətlə birgə sakitlik və tənhalıqda tam dincələ bilərsiniz.

Dalğanı ram edənlərin adası

Əgər dalğa tutmaq arzusundasınızsa, Bali bunun üçün ən yaxşı yerdir. Serfinqçilər Balinin dalğalarını onun ən yaxşı xüsusiyyəti sayırlar.

Dalğanı özünə ram etmək sənətini öyrənmək istəyənlər üçün Kutdə serfing məktəbləri açılmışdır. Kutdə serfinqlə məşgul olmaq istəyən təcrübəsizlər üçün ideal çimərlik dalğaları olur.

Səriştəli serfinq ustaları Medevinin qərbindən başlayaraq Padanq Beyin şərqinədək uzanan 20 ən məşhur dalğaların cəmləndiyi Balidəki cənub çimərliyinə yollanırlar. Onların ən məşhuru Uluvatu dalğasıdır. Çimərlikdə yaxud SPA salonlarda tənbəlliklə vaxt keçirmək əlbəttə əla istirahətdir, lakin xoşbəxtlik bunda deyil. Onu yalnız okean verə bilər. Serfinqçilər belə fikirləşirlər. Məgər onlar haqlı deyillər?

Yerli mətbəxin dadı və ucuzluğu zövq vericidir

Yerli mətbəx çox dadlıdır. Balidə yerli ənənəvi yolkənarı qəlyanaltılarda yeməklər çox ucuzdur və hər biri müəyyən xüsusiyyətə malikdir., Balidə ucuzluqdan həqiqi mənada zövq almaq olar. Satenin(qoz sousu ilə Balı kababları), nasi qorenqin (qızardılmış düyü) yaxud quleyin (acı şorba) dadına baxmaq olar.

705081718.jpg

Və əlbəttə ki, saysız-hesabsız dəniz məhsulları seçımı var. Bu xörəkləri açıq alov da çoxlu ədviyyələr əlavə etməklə hazırlayırlar. Əgər bəxtiniz gətirsə, köçəri musiqiçilərin və artistlərin tamaşasını da görə bilərsiniz.

Müqəddəs məkanların məskəni Bali

Balidə açıq havada zəngin ornamentli darvazalarla dövrələnmiş paqodalara (budda məbədi) bənzər çoxyaruslu qüllələri olan puraları - induizmin yerli ənənələrlə qorunub saxlandığı müqəddəs yerləri gəzməmək mümkün deyil.

Onlar hər gün Allaha sitayiş üçün nəzərdə tutulmayıb, bu yerlər çox vaxt boş olur, yalnız bayram günlərində və dini festivallar zamanı canlanır.

Clifford Geertz Balinese Cockfight

Balinin mərkəz hissəsini gəzərkən Qunung Kavi adasında ən qədim abidələrdən birini görmək olar. Bu ad tərcümədə “qəmlə naxışlanmış” kimi səslənir. Ehramın cəlbedici viranəliyini görmək üçün buraya pilləkənlə düşmək lazımdır. Əfsanəyə görə burada ehrama quluq edən bütöv bir tayfa basdırılımışdır.

Gianyarda, həmçinin Balinin mərkəzində giriş qayasına XI əsrə aid olan mifik canlılar və müxtəlif fiqurların oyulduğu Qoa Qaca mağarasını gəzə bilərsiniz.

Mağaraya diqqətlə baxmaq üçün əyildikdə fil fiqurunu və müqəddəs yeri görəcəksiniz. Bedulu kəndinə getsəniz orada qədimi həyat sürən əhalini görə bilərsiniz. Onları müşahidə edin, bütün bunlar sizə tropik cənnətdəki bütün həyatı nəql edə bilər.

Bütün Bali ehramları gözəldir, lakin Tanax Lot və Uluvatu xüsusilə.

Bali Beach Wallpapers Emo HD Wallpaper Pictures Top Wallpaper Photo

Onların divarları qürub çağı gözəl olduğuna görə bu yerlərə axşam gəlmək lazımdır. Ehramların hər ikisi dənizdə yerləşir: biri qaya üstündə, digəri dik sahıldə. Və qürub edən Günəş okeanı və dənizi heç yerdə görmədiyimiz rənglərə boyayır. Bu zaman ehramların silueti alışıb-yanan səmanın fonunda qaralır, ətrafda gedən söhbətlər birdən kəsilir. Danışmaq mümkün deyil. Bir də ki danışmaq nəyə lazımdır axı? Sadəcə olaraq Şərq macəraları haqda olan hansısa uşaq kitabından gələn, demək olar ki, fantaziyaya sığmayan inanılmaz olan bu sehrə baxıb, birdəfəlık özün ilə aparmaq üçün onu yadda saxlayaraq daxilinə çəkmək lazımdır.

Yer üzünün cənnəti

Sözsüz ki, Balidəki istirahətin bütün gözəlliklərini saymaq mümkün deyil. Ona görə də İndoneziyanın minlərlə başqa adalarını gəzmək üçün buralara turistlər dəfələrlə gəlirlər. Bali Paris kimidir, ömründə bir dəfə gördünsə, sonra yenə görmək istəyirsən. Əbəs yerə ona Yer üzünün cənnəti demirlər.

Bimec Travel Exotic Holiday pachage in Bali, Indonesia

Azərbaycandan Baliyə getmək üçün demək olar ki, dünyanın yarısını gəzmək lazımdır. Amma Balini görənlər deyir ki, saatlarla təyyarədə uçmağa dəyər adadır.Hətta yola sərf olunan 24 saat arzular adasından aparılan təəssüratlarla müqayisədə xırda bir şeydir.

Bali təkcə uzanmaq, uzunluğu kilometrlərlə olan qumlu çimərliklərində qaralmaq və çimmək gözəl olan balaca ada deyil. Əslində bura sehrli diyardır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm