Duzlu manikür dəbi - Video
Bizi izləyin

Tabloid.az

Duzlu manikür dəbi - Video

Duzlu manikür dəbi - Video

Gözəl görünmək üçün bu sahənin mütəxəsisləri daha nələr istehsal etmirlər ki? Yeni istehsal olunan məhsullar dəbli xanımları da yeni kəşflər etməyə sövq edir. Buna duzlu manikürü misal göstərmək olar. Dırnaqları gözəl göstərmək və dırnaqların üzərinə düzmək üçün mağazalarda xırda muncuqlar və kiçik aksessuarlar satılır. Təbiiliyə üstünlük verən xanımlar isə bunu duzla əvəz edə bilər. Həm çox ləvazimat tələb olunmur, ucuz və sərfəlidi.

  • İlk əvvəl dırnaqları istədiyiniz dırnaq boyası ilə rəngləyin.
  • Ya təkcə sadə boya istifadə edin ya da hər barmağınıza bir rəng vurun.
  • Bir kağız parçasının üzərinə bir qədər iri dənəvər duz tökün.
  • Daha sonra dırnaqlarınıza rəngsiz dırnaq boyası çəkin.
  • Dərhal dırnaqlarınızın hər yerinə kağızın üzərinə tökdüyünüz duzu səpin.
  • İncə şəkildə dırnaqlarınızın üzərindəki duzu basın ki, dırnaqlarınıza yaxşı yapışsın.
  • Sonra əlinizi tərsinə çevirib əlinizi çırpın ki, artıq duzlar tökülsün, bunu hər iki əlinizdəki dırnaqlar üçün bir-bir edin.
  • Dırnaqlarınızın tamamilə qurumasını gözləyin.
  • Və nəhayət, manikürü tamamlamaq üçün dırnaqlarınıza rəngsiz dırnaq boyası çəkin. Bu duzun xarici təsirlərdən əriməsinin qarşısını alacaq.
  • Buyurun, siz də videoya baxın və dırnaqlarınızda incə görünüş yaradın:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm