Məşhur teleaparıcı xanım intihar etdi - FOTOlR
Bizi izləyin

Tabloid.az

Məşhur teleaparıcı xanım intihar etdi - FOTOlR

Sabiq supermodel, Avstraliyanın ən məşhur teleaparıcılarından biri Şarlott Douson evində ölü tapılıb.


Milli.Az ABC-yə istinadən bildirir ki, Sidneyin Vuulumuulu bölgəsindəki lüks villada yaşayan 47 yaşlı Ş.Dousonun intihar etdiyi iddia olunur. Onun ölüm xəbərini alan tanınmış aktyor Rassel Krou ağlayıb.


Ş.Douson teleaparıcılıq etməklə yanaşı, "Next Top Model" teleşousunun münsiflər heyətinin üzvü idi.


Əslən Yeni Zelandiyadan olan Şarlott Douson 2012-ci ilin sentyabrında da intihara cəhd etmişdi.


Yeni Zelandiyanın baş naziri Con Key Twitter-dəki proifilində bildirib ki, Ş.Dousunun ölüm xəbərini alanda çox sarsılıb və üzülüb.


Üzgüçü Skott Millerdən boşanandan sonra Şarlott Dousonun depressiyaya qapıldığı deyilirdi.


"Woman' Day" jurnalının baş redaktoru olan Ş.Douson dünən "Morning Show" teleproqramında aparıcılıq etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm