• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Arıqlamaq istəyən tənbəl xanımlara məsləhətlər

Arıqlamaq istəyən tənbəl xanımlara məsləhətlər

Tənbəl qadınlar idman etməmək üçün çox zaman yetərincə vaxtı olmadığından gileylənirlər. Amma bu düz fikir deyil. İdman etmək üçün 5 dəqiqəniz hər zaman tapılar. Arıqlamaq üçün idman zalına getməyiniz də məcbur deyil.

5 dəqiqə səhər: Zəngli saatdan 5 dəqiqə qabaq oyanmısınız? Əlbəttə bu çox yaxşıdır. Siz indi yerinizdən qalxıb yürüyüş edəcəksiz?! Amma yox çox tənbəllik edirsiz. Eybi yox yəqin ki, özünüzü döşəmənin üstünə atmaq üçün tənbəllik etməzsiniz. İlk olaraq beli üstə uzanıb özünüzü dartının sonra körpü kimi dayanın. İnanın bu sizi bütün gün çevik və gümrah saxlayacaq.

5 dəqiqə işdə: İşiniz oturaq olsa da, heç olmasa 5 dəqiqədə hərəkət edin. İş yoldaşlarınıza lazım olan məlumatı telefonla zəng edib demək əvəzinə, otağına gedin. Yerinizdən qalxmamaq üçün o dəqiqə facebook-un üstünə qaçmayın. İşdə nahar vaxtı ofisdən bir az kənarlaşmağa çalışın, gəzintilər ayaqlardakı tonusu saxlamaqla bərabər zehini açmağa kömək edəcək. Bunları etdikdən sonra siz gün ərzində və işdən sonra da özünüzü yorğun və halsız hiss etməyəcəksiniz.

Yenə 5 dəqiqə işdə: Hiss edirsiniz ki, ki artıq beliniz yorulur? Onda kiçik bir yastığı beliniz ilə kreslonun arasına qoyun. Bu belinizin yorğunluğunu azaldacaq və 8 saatlıq iş günundə belin eyni vəziyyətdə rahat qalmasına kömək edəcək. Həmçinin qamətinizi də yaxşılaşdıracaq.

5 dəqiqə televizor izləyərkən: Siz televizora divanda yox, nə qədər yorğun olsanız belə fitness topunun üstündə baxın. Belinizi topa söykədib yüngül hərəkətlər edin. Hansı verilişin getməsindən asılı olmayaraq bu hərəkətlər onu izləməyə mane olmayacaq. Hərçənd ki, belə hərəkətlərin effektləri televizor qarşısında az olur. Amma divanda tənbəl-tənbəl oturub heç nə etməməkdənsə bunları etmək daha yaxşıdır.

Növbəti 5 dəqiqə: Heç olmasa səhər və yaxud da axşam bədəninizin elastikliyi üçün youtube-da müxtəlif idman hərəkətlərinə aid videolara baxın və həmin hərəkətləri təkrarlayın. Əgər evdə internet yoxdursa, bu sizin sevdiyiniz mahnıların sədaları altında da ola bilər. Yaxud 1 dairədə olsa sizə yaxın olan idman meydançalarında qaçın. Bu sizin sevimli məktəbinizin həyəti də ola bilər.

Çalışın tənbəllik sizin sağlamlığınızı əlinizdən almasın...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR