Ağ şalvarla şıq görünmək üçün 7 kombin nümunəsi – Fotolar
Bizi izləyin

Tabloid.az

Ağ şalvarla şıq görünmək üçün 7 kombin nümunəsi – Fotolar

Küçə stilinin 4 mövsüm populyarlığını qoruyub saxlayan trendlərindən biri də ağ şalvarlardır. Ağ bütün rənglərlə uyğunlaşır. Ona görə də, ağ rənglə kombin etmək elə də çətin deyil

Ağ şalvarla şıq görünmək üçün 7 kombin nümunəsi – Fotolar

Küçə stilinin 4 mövsüm populyarlığını qoruyub saxlayan trendlərindən biri də ağ şalvarlardır. Ağ bütün rənglərlə uyğunlaşır. Ona görə də, ağ rənglə kombin etmək elə də çətin deyil.

Ağ şalvarla şıq görünməyiniz üçün 7 kombin seçmişik.

1. Əsgər geyimi ilə ağ şalvarı kombin edin

Bu kombin sizi olduqca şıq göstərəcək.

Bu iki rəngi kombin etdikdə qızılı rəngli aksessuarlardan istifadə etməyiniz məsləhətdir.

Ayaqqabını və ya bijüteriyaları qızılı rəngdə seçin.

2.Topiklə ağ şalvarın möhtəşəm harmoniyası

Ağ rəngli şalvarı, özü rəngdə topiklə kombin etmək çox dəbdədir. Xüsusilə də yayı fürsət bilib qaralmısınızsa, bu tərz sizə çox yaraşacaq.

3. Ofis şıqlığı

Ağ şalvarla işə getmək heç ağlınıza gəlib?

Kətan və ya pambıqdan hazırlanmış ağ rəngli şalvarınızla ağ rəngli qısaqol maykanı kombin edin. Üzərinə geyinəcəyiniz qara rəngli uzun pencək və qara sitelettolarla ofisdə hamının diqqətini cəlb edəcəksiniz.

4.Göyqurşağının rənglərindən qorxmayın

Ağ şalvarlar parlaq rənglərlə əla yaraşır. Yaşıl, göy, mavi, çəhrayı, qırmızı kimi cəlbedici rənglərlə ağ şalvarınızı kombin edin.

4. Qara ilə ağın eşq macərası

Ağ şalvarların ən çox sevilən modellərindən biri də ayaqların bir tərəfində qara xətt olan şalvarlardır. Bunlar “smokinq” şalvar adlandırılır.

Bu tip şalvarınız varsa, onu qara ayaqqabı və qara köynək ilə kombin edin.

5.Bol kəsimli şalvarların cazibəsi

Bol kəsimli şalvarlar son vaxtlar küçə modasının ən dəbli geyimləri arasında yer alır. Bu tip şalvarları bədənə yapışan köynək və koftalarla geyinmək lazımdır. Naxışlı bluzlar və qeyri-adi bijüteriyalar da fərqli və dəbli görünməyinizə kömək edə bilər.

6.Başdan-ayağa ağ

Tamamilə ağ rəngdə geyinin. Sadəcə aksessuarlarınızı fərqli rənglərdə seçə bilərsiniz. Xüsusilə yay mövsümü üçün ən uyğun kombinlərdən biri də budur.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm