Kosmik uşaq otaqları - Fotolar
Bizi izləyin

Tabloid.az

Kosmik uşaq otaqları - Fotolar

Kosmik uşaq otaqları - Fotolar

Uşağın otağından zövq alması üçün nə etmək olar? Əlbəttə ki, onu fərqli, maraqlı dizayn etmək lazımdır. Bu sual istənilən yaşda övladı olan ailələr üçün aktualdır. Dizaynerlər uşaq otağının kosmik tərzdə dizayn edilməsini tövsiyə edirlər. Çünki uşaqlar kapitan rolunda olmağı, kosmik gəmini idarə etməyi çox xoşlayırlar.

Kosmik interyerin rəng harmoniyası Kosmosun rəngində - göy, mavi, bənövşəyi və qara rənglərdə olmalıdır. Bu rənglər isti, yumşaq rənglərlər ağın, yaşılın, sarının müxtəlif çalarları ilə yaxşı uyğunlaşır.

Belə otaqların interyerində müxtəlif kosmik obyektlər - ulduzlar, planetlər, peyk, raket, kosmonavt, uçan boşqablar, yad planetlilər ola bilər. İnteryeri kosmik tərzdə hazırlanmış yataq dəstləri tamamlaya bilər. Adətən yataq dəstlərinin üzərində kosmik gəmi, ulduz, planet fotoları olur.

Mebel seçərkən unutmayın ki, sizin məqsədiniz kosmik tərz yaratmaqdır. Ona görə də yaxşı olardı ki, açıq boz, metal çalarları olan mebel seçəsiniz.

Tabloid.az kosmik interyerlərə dair ən yaxşı fotoları toplayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm