Astroloji proqnoz - 23 avqust
Bizi izləyin

Tabloid.az

Astroloji proqnoz - 23 avqust

Səbuhi Rəhimlidən gündəlik astroloji proqnoz ...

Səbuhi Rəhimlidən gündəlik astroloji proqnoz ...

QOÇ - Planetlərin bu yerdəyişməsi ərəfəsində səhhətinizi qorusanız, hansısa ciddi bir problemlə rastlaşmayacaqsınız. Əksinə, həsrətində olduğunuz bir neçə sevindirici məqamla üzləşəcəksiniz.

BUĞA - İkitərəfli əməkdaşlıq zəminində böyük uğurlara nail ola bilərsiniz. Bunun üçün təşəbbüskarlığı əldə saxlamalısınız. İşgüzar səfərlər də sizə böyük səmərə verəcək.

ƏKİZLƏR - Hər mənada ehtiyatlı olmalısınız. Ətrafınızda olan hər üç nəfərdən az qala ikisi əleyhinizə ola bilər. Yeganə uğurunuz maliyyə sahəsində ola bilər. Uzaq səfərə çıxmayın.

XƏRÇƏNG - Hamıya günahkar kimi baxmasanız, bu gün ulduzlar sizə saysız sevinc bəxş edəcək. İnsanları sevin ki, Tanrı da sizi sevsin. Nahardan sonra maliyyə ilə bağlı sövdələşmələriniz uğurlu ola bilər.

ŞİR - Astroloji göstəricilər oturaq fəaliyyətə ara verməyinizi tövsiyə edir. Daxili gərginliyinizi azaltmaq üçün bunun böyük əhəmiyyəti ola bilər. Mümkün qədər ürəyinizi qoruyun.

QIZ - Bürcünüzün bu ilk sutkasında ulduzlar şəxsi büdcənizin yaxşılaşmasına çalışacaq. Boş məsrəflərə xərc qoymayın və nəzərə alın ki, indi hamıdan şanslı sizsiniz. Perspektivli təkliflər də mümkündür.

TƏRƏZİ - Yalnız ailə-sevgi məsələlərində uğurlu məqamlarla rastlaşa bilərsiniz. Yaşca özünüzdən kiçiklərin qayğısına qalın. Pulla bağlı narahat olmayın, əmin olun ki, sizin vaxt da yetişər.

ƏQRƏB - Ayın ən uğurlu günlərindən birini yaşayacaqsınız. Maraqlı təkliflər, perspektivli sövdələşmələr və xoş təsadüflər yolunuzu gözləyir. Təşəbbüskarlığı əldən verməyin.

OXATAN - İşgüzarlıq zəminində vəziyyət xeyrinizə cərəyan etdiyindən əzmkarlığınızı birə-beş qat artırmalısınız. Ulduzlar risk etməkdən çəkinməməyi məsləhət görür. Uzaq yola çıxmayın.

OĞLAQ - Bir tərəfdən qarşılıqlı münasibətlərdə gərginlik, digər tərəfdənsə bəzi cəhdlərinizin boşa çıxması ovqatınıza mənfi təsir edə bilər. Odur ki, saat 16-dan sonranı gözləyin.

SUTÖKƏN - Fəaliyyət zəminində ciddi dönüş astanasındasınız. Buna hər mənada hazır olun. Ulduzlar nahardan sonra maraqlı görüşlərdə iştirakınızdan xəbər verir. Sevgi məsələlərində güzəştə gedin.

BALIQLAR - Əsas vaxtınızı şəxsi büdcənizin artırılması istiqamətinə yönəltməlisiniz. Çünki bugünkü göstəricilər daha çox deyilən sahədə uğurlara yiyələnəcəyinizdən xəbər verir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm