• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Dünyanın ən varlı qadınlarından məsləhətlər

Dünyanın ən varlı qadınlarından məsləhətlər

Dünyanın ən bacarıqlı iş qadınları karyerada uğur qazanmağın sirlərini açıqlayıb. İş həyatının qadın üçün ağır olduğunu düşünürsünüzsə, dünyanın ən nüfuzlu şirkətlərində çalışan iş qadınlarının məsləhətlərini nəzərə alın və əməl edin. Tabloid.az xarici mətbuata istinadən dünyanın ən varlı qadınlarının məsləhətlərini təqdim edir:

Yuxudan tez durun

“Starbucks” un rəhbəri Mişelle Qass yuxudan çox vaxt 4.30-da durduğunu və qaçdığını söyləyir.

“Avon” kosmetika firmasının rəhbərlərindən biri Andrea Jung isə yuxudan saat 5-də oyanır. Sübh tezdən oyanmaqla iş həyatınızda daha böyük uğurlar əldə edə bilərsiniz.

Alış-veriş etməyi öyrənin

Araşdırmalar qadınların bazarlıq etməkdə kişilərdən daha bacarıqsız olduğunu göstərir. Bu da kişilərin niyə qadınlardan daha çox pul qazandığını göstərir. Daha çox pul qazanmaq istəyirsinizsə, bazarlıq etməyi öyrənməlisiniz.

İşlərinizi bölün

“Four season” otellərinin baş meneceri Katie Taylor nəzarət etməyin aşiqi olduğunu etiraf edir. Ancaq işçilərə də tapşırıqlar verməyi unutmur. Hər işin öhdəsindən gəlməyi bacardığınızı düşünüb bütün işləri öz üzərinizə götürməyin.

Araşdırın

"Facebook"-un baş meneceri Şerl Sandberq vacib görüşdən əvvəl həmin insan haqqında araşdırma aparmağın vacib olduğunu vurğulayır. Görüşdən sonra isə həmin insana mövzu barədə məktub yolladığını və təkliflərini bildirdiyini söyləyir .

Suallar verin

“Disney Media Networks” şirkətinin rəhbərlərindən biri Anne Sviney mütəmadi olaraq bilmədiyiniz məsələlər haqqında suallar verməyin iş həyatında vacib olduğunu söyləyir.

Dinləməyi bacarın

“QVC” ticarət və media şirkətinin baş meneceri Claire Vatts hər cümə axşamı ofisdə hamıya sərbəstlik verir. Həmin gün məsləhətə ehtiyacı olan hər kəs gəlib onunla söhbət edə və fikirlərini bölüşə bilər.

Qarşınıza hədəflər qoyun

“Campbell” şirkətinin baş meneceri Denise Morrison, uşaqlığından bəri qarşısına məqsədlər qoyduğunu etiraf edir.

Cəsur olun

"KeyCorp"un baş meneceri bank sahəsində karyerasına başlayarkən şəhərdəki bütün bankları gəzdiyini və iş axtardığını söyləyir. Hətta bir bankda işə qəbul olunmaq üçün 3 saata qədər gözləyib.

Yox deməyi öyrənin

Dünya Qida Proqramı idarə heyətinin rəhbəri Ertharin Cousin, yox deməyin çətin, amma faydalı olduğunu vurğulayır.

İnadçı olun

Ən uğurlu iş qadınları karyerasında əldə etdikləri uğurları inadçı və israrlı xüsusiyyətlərinə borclu olduğunu qeyd edirlər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR