Tabloid.az
Ulduzların favoriti: çiçək naxışlı pencəklər – Fotolar
Kişi geyimini xatırladan, ağ, qara və ya boz rəngli pencəklər keçmişdə qaldı. İş görüşmələrinin, ofislərin vazkeçilməz geyimi olan, ciddiliyin simvolu pencəklər bu il qarşımıza tam fərqli şəkildə çıxacaqlar.
Moda dizaynerləri 2014-2015 payız-qış sezonunda dəb anlayışını rəngarənglik üzərində qurublar desək, yanılmış olmarıq. Çünki ayaqqabı, çanta, biyüteriya və bir sıra geyimlərdə özünü göstərən rəngarənglik, pencəklərdən də yan keçməyib.
Bir çox məşhur brend bu il kolleksiyasında çiçək naxışlı pencəklərə üstünlük verib. Parlaq rənglər üstünlük təşkil etsə də? çiçək naxışlı pencəklərin bej çalarlarında olanları da var. Yəni rəngarənglik sevməyib, sadəlik axtarışında olanlar üçün də seçim var.
Çiçək naxışlarından başqa müxtəlif qrafik və həndəsi fiqurlar da pencək trendləri arasındadır.
Artıq bir çox dünya ulduzu bu pencəkləri qarderoblarına daxil ediblər. Payız mövsümü yaxınlaşarkən siz də qarderobunuzu yeniləmək fikrinə düşmüsünüzsə, mütləq bu pencəklərdən alın.
Çiçək naxışlı rənagarəng pencəklərin ən yaxşı tərəfi onların istənilən paltarla uyğunlaşmasıdır. İstər şalvarla, istər donla, istərsə də ətəklə kombin edə bilərsiniz. Əsas odur ki, bəyəndiyiniz və dəri rənginizə uyğun tonlarda pencək alıb onu yenə doru rənglərlə kombin etməyi bacarasınız.
Tabloid.az
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO
-
İdman11:06
"Qarabağ"ın futbolçusu Fransa klubu ilə anlaşdı - FOTOFAKT
-
Dünya10:56
NATO Rusiya ilə müharibəyə hazırlaşır - Bu ölkədən hücuma keçəcəklər
-
Nida Xəbər 10:30
Bu gün ilk Qədr gecəsidir
-
Magazin110:05
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO