Qadınlar da kişilər kimi... – Fotolar
Bizi izləyin

Tabloid.az

Qadınlar da kişilər kimi... – Fotolar

Dünyada yeni bir trend sürətlə yayılmaqdadır. Əslində bu trenddən çox, gigiyenaya önəm verən qadınların seçimidir.

Dünyada yeni bir trend sürətlə yayılmaqdadır. Əslində bu trenddən çox, gigiyenaya önəm verən qadınların seçimidir. “Stand-Up” (ayağa qalx) adı verilən və qadınların da tualetdə kişilər kimi ayaqda durub işlərini həll etməsinə imkan yaradan xüsusi kağızlar yaxında bütün dünyada istifadə ediləcək.

“Stand Up” adlı bu qəribə vasitənin yaradıcısı Sara Qrossman yay aylarını musiqi festivallarında keçirən bir qadındır. Bu tip yerlərdəki tualetlərin natəmizliyindən bezən Sara digər qadınların da eyni problemlə üzləşdiyini nəzərə alaraq bu sahədə yeni vasitəyə ehtiyac olduğunu fikirləşib.

Tualetlər mikrob yuvasıdır və qadınlar çanağa oturduqda bir çox xəstəliklərə yaxalana bilərlər. Sara da bunu nəzərə alaraq yeni məhsulunu “çirkli unitaza oturmaq məcburiyyətində deyilsiniz!” şüarı ilə satışa çıxarıb.

“Stanford” universitenin məzunu olan Saranın oriqamini xatırladan bu icadının istifadəsi çox asandır.

Bunun üçün kağız sıxılır, bu zaman açılıb genişlənir. Daha sonra bunu cinsiyyət orqanına yaxın tutmaq lazımdır. Bu zaman tualetlə aranızda körpü vəzifəsini yerinə yetirəcək. İşiniz qurtardıqdan sonra isə zibil qutusuna atmaq lazımdır.

Bu məhsulun xüsusilə də Hindistan kimi əhalisi çox olan ölkələrdə çox satılacağı gözlənilir.

“Stan-Up”-ın ən yaxşı tərəfi isə kiçik olması və hər çantaya, hətta şalvarın cibinə belə sığa bilməsidir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm