Astroloji proqnoz - 25 avqust
Bizi izləyin

Tabloid.az

Astroloji proqnoz - 25 avqust

Səbuhi Rəhimlidən gündəlik astroloji proqnoz ...

Səbuhi Rəhimlidən gündəlik astroloji proqnoz ...

QOÇ - Saat 16-ya qədər bütün vacib işlərinizi yekunlaşdırmağa çalışın. Həmin ərəfədə şəxsi işlərinizdə müsbət dönüş gözlənilir. Sonrakı müddəti isə daha çox istirahətə həsr edin.

BUĞA - Maliyyə problemləriniz olsa da, bu, işgüzarlığınızı azaltmayacaq. Hətta ola bilsin ki, saat 15-18 arası maraqlı və perspektivli təklif də alasınız. Özünüzü buna hazırlayın.

ƏKİZLƏR - Ulduzlar kənar təsirlərdən uzaq olmağı, yalnız öz qərarınızla addım atmağı tövsiyə edir. Bu gün spirtli içki içmək, qarğış və qeybət etmək, o cümlədən yalan vədlər vermək yolverilməzdir.

XƏRÇƏNG - Hər mənada düşərli gündür. Rastlaşdığınız hər bir hadisə ürəyinizdən xəbər verəcək. Əlbəttə ki, bunun üçün özünüz də canfəşanlıq göstərməlisiniz. Sövdələşmələrdə aktiv olun.

ŞİR - Bu təqvimi təsadüflərlə başa vuracaqsınız. Gözləmədiyiniz adamlarla, ağlınıza gətirmədiyiniz xəbərlərlə rastlaşacaqsınız. Axşama doğru sürprizlər də mümkündür. Şəxsi büdcənizlə bağlı narahat olmayın.

QIZ - Ulduzlar xəbər verir ki, bu təqvim şəxsi işlərinizdə yeni mərhələnin baş qaldırmasına səbəb ola bilər. Bunun üçün müsahiblərinizə diqqətlə qulaq asmalı, düz seçim etməlisiniz.

TƏRƏZİ - Kifayət qədər xoş məqamlar yaşayacaqsınız. Bir tərəfdən yeni işgüzar əlaqələr, digər tərəfdənsə ətrafınızdakıların sizə bəraət qazandırması ovqatınızı yüksəldəcək.

ƏQRƏB - Sizin üçün müəyyən mənada mistik gündür. Daxili sıxıntılarınızı və ruhi zəifliyinizi aradan qaldırmaq üçün müqəddəs ziyarətgahlarımıza üz tutun. Dini qaydaları pozmayın.

OXATAN - Səhhətinizin qayğısına qala bilsəniz, gün ərzində başqa narahatçılığınız olmayacaq. Nahardan sonra sevindirici xəbərlər və ya ürəyinizcə olan təkliflər alacağınıza şübhə etməyin.

OĞLAQ - O qədər də ürəkaçan ərəfə deyil. İlk növbədə səhhətinizə diqqət yetirin. Çünki ulduzlar sağlıq durumunuzun aşağı səviyyəyə düşəcəyini bəyan edir. Riskdən də uzaq olun.

SUTÖKƏN - Astroloji göstəricilər yalnız səfər və qonaqlıqlar üçün səmərəli vaxt olduğunu bəyan edir. Digər məsələlərdə, xüsusən də fəaliyyət zəminində isə proseslər o qədər də uğurlu olmayacaq.

BALIQLAR - Neçə vaxtdan bəri daxilinizdə mövcud olan gərginlik səngimədiyindən nahara qədərki ovqatınız aşağı səviyyədə ola bilər. Sonrakı saatlarda isə sürprizlər gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm