“Qadın olmağımın dadını çıxarıram” - Fotolar
Bizi izləyin

Tabloid.az

“Qadın olmağımın dadını çıxarıram” - Fotolar

Türkiyənin məşhur aparıcılarından Burcu Esmərsoy son vaxtlar yeni sevgilisi ilə gündəmdədir

Türkiyənin məşhur aparıcılarından Burcu Esmərsoy son vaxtlar yeni sevgilisi ilə gündəmdədir.

İş adamı Başar Savurla eşq yaşayan cazibədar aparıcı Burcu Esmərsoyun olduqca xoşbəxt olduğu deyilir. Ötən həftə sevgilisinin ailəsi ilə tanış olan gözəl aparıcının yaxın vaxtlarda ailə quracağı iddia edilir.

Bir restorandan çıxarkən jurnalistlərin suallarını cavablandıran Burcu sevgilisinin onu çox xoşbəxt etdiyini etiraf edib:

“Gün keçdikcə özümü daha yaxşı tanıyıram, özümü kəşf edirəm. İstədiyimi əldə etmək üçün qadın kimi davranıram. Qadın olmağımın dadını çıxarıram”.

Qeyd edək ki, Burcu Esmərsoy daha öncə evli olub, ancaq bu evlilik boşanma ilə nəticələnib.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm