İnteryerdə qara lövhə dəbi - Fotolar
Bizi izləyin

Tabloid.az

İnteryerdə qara lövhə dəbi - Fotolar

Lövhələri evin istənilən otağında – mətbəxdə, salonda, yataq otağında, uşaq otağında istifadə edə bilərsiniz

Hər qadın üçün ev bəzəmək hobbidir. Evi zövqünə uyğun olmayan qadın xoşbəxt ola bilməz.

Son dövrlərdə xanımların interyerdə ən çox bəyəndiyi əşyalar isə qara lövhələrdir. Bəli, sinif otaqlarının ən vacib əşyası olan qara lövhələri artıq ev dizaynında da istifadə etmək mümkündür. Bu dəbi təxəyyülünüzün imkanlarından istifadə edərək evinizdə tətbiq edə bilərsiniz.

Lövhələri evin istənilən otağında – mətbəxdə, salonda, yataq otağında, uşaq otağında istifadə edə bilərsiniz.

Ancaq unutmayın ki, iş otağa qara lövhəni yerləşdirməklə bitmir. Evdəki digər əşyalara və ümumi ab-havaya uyğun olaraq rəngli təbaşirlərlə lövhələri bəzəməli, istədiyiniz mesajları yazmalısınız.

Sizə ilham verməsi üçün interyerdə qara lövhələrdən necə istifadə edidiyini əks etdirən maraqlı fotolar toplamışıq:

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm