“Biri ərini öldürür, biri arvadını…”
Bizi izləyin

Tabloid.az

“Biri ərini öldürür, biri arvadını…”

Əməkdar artist: Mükəmməl insan yetişdirək ki, dünyamız cəhənnəmə dönməsin”

“Sosial şəbəkələrdə bəzi xoşagəlməz, ürək yaxan, ağrıdan hadisələrin paylaşılması məni çox ağrıdır. Son zamanlar texnikanın sürətli dəyişməsi insanları insanlıqdan çox uzaqlaşdırıb. Fikir verirəm ki, hər kəs sanki işarə gözləyir ki, nəsə bir hadisəni tez bir zamanda paylaşsın.

Tabloid.az xəbər verir ki, bunu tanınmış ifaçı, əməkdar artist Nuriyyə Hüseynova öz “Facebook” səhifəsində paylaşdığı statusunda qeyd edib:

“Bilin ki, böyüməkdə olan gənclərin mənəvi dünyasını tar-mar edirik, onların ruhunu zədələyirik. Biri qalxır körpüyə özünü öldürməyə, digərləri də onun arxasınca…Biri intihar edir, o biri də çıxış yolunu yalnız bunda görür… Biri ərini öldürür, biri arvadını… Biri ata-anasını, digəri xoşagəlməz nə varsa burada paylaşır. Sanki çox möhtəşəm bir iş - hadisə olub… Mənim əzizlərim, nə olar, gəlin, dünyanı bu günə kimi öz çiynində daşıyan, örnək olan insanlardan gözəl kəlamlar paylaşaq. Dünya yazıçılarının, şairlərin, alimlərin örnək olacaq həyat tərzlərini açıqlayaq. Hər kəs bir tərbiyə, hər kəs bir nümunə götürsün. Görək böyük mütəfəkkirlərin, bəşəri düşüncəli mükəmməl insanların həyat yolu nə qədər çətinliklərdən keçib. Onlar həyatla mübarizə aparıblar, istədiklərinə nail olublar.

Əslində gerçək həyat budur. Gərək mübarizə aparasan. Bir elm insanı, bir gerçək sənətçi, bir alim, bir millət vəkili, bir iş adamı, bir idmançı uğurlarını bir gündəmi qazanıb? Nələri itirib-nələri qazanmaq üçün ruhdan düşüb, özünə qapanıb intiharmı edib bu, böyük insanlar? Əsla yox! Onlar daha çox yazıblar, daha çox oxuyublar - işləyiblər, daha çox məşq ediblər, daha çox əmək sərf ediblər ki, zirvəyə qalxsınlar. O zirvəyə ki, onlar hər yerdən baxsan görünəcəklər və onları görməmək mümkün deyil”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm