Əxlaqsız səhnə şousu göstərdi, konserti ləğv edildi – Fotolar
Bizi izləyin

Tabloid.az

Əxlaqsız səhnə şousu göstərdi, konserti ləğv edildi – Fotolar

Gənc yaşına baxmayaraq dünyanın ən çox gəlir əldə edən ulduzlarından biri olan, seksual müğənni Mayli Sayrus haqqındaki iddia hamını şoka salıb

Gənc yaşına baxmayaraq, dünyanın ən çox gəlir əldə edən ulduzlarından biri, seksual müğənni Mayli Sayrus haqqındakı iddia hamını şoka salıb.

Açıq-saçıq səhnə şoularına görə, tez-tez tənqid edilən müğənninin Dominikan Respublikasında verəcəyi konsert ləğv edilib.

Ölkənin paytaxtı Santo Dominqoda sentyabrın 13-də baş tutmalı olan konsertin məhkəmə qərarı ilə ləğv edildiyi bildirilir.

Dominikanın səlahiyyətli şəxslərindən birinin verdiyi məlumata görə, Maylinin konserti əxlaqsız səhnə şoularına görə, ləğv edilib:

“Cəmiyyətin əxlaq və adət-ənənələrini nəzərə almayaraq, bu dəyərlərlə məzələndiyi, həmçinin geyimləri çox açıq-saçıq olduğu, səhnə şouları isə seks və şiddət ehtiva etdiyi üçün onu istəmədik”.

Mayli Sayrus isə ləğv edilən konserti barədə heç bir açıqlama verməyib.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm