Suranın özü və ailəsi haqda yeni xəbərlər
Bizi izləyin

Tabloid.az

Suranın özü və ailəsi haqda yeni xəbərlər

Əməkdar artist Tünzalə Ağayevanın duet ortağı olan gənc və istedadlı müğənni, həm də bəstəkar Sura Əsgərli avqust ayının 24-də Xəzər rayonu, Buzovna qəsəbəsində yaşadığı mənzildə özünü asaraq intihar edib. Ailəsi onun telefonla danışdıqdan sonra intihar e

Əməkdar artist Tünzalə Ağayevanın duet ortağı olan gənc və istedadlı müğənni, həm də bəstəkar Sura Əsgərli avqust ayının 24-də Xəzər rayonu, Buzovna qəsəbəsində yaşadığı mənzildə özünü asaraq intihar edib. Ailəsi onun telefonla danışdıqdan sonra intihar etdiyini bildirir. İndi polis zəngin kim tərəfindən edildiyini aydınlaşdırır.

Sura Əsgərli kimdir?

Sura Əsgərlinin atası Moskvada işləyir, gənc qız Bakıda anası və bacısı ilə yaşayırmış.

1991-ci il təvəllüdlü Sura Əsgərli Qafqaz Universitetinin tələbəsi idi. Musiqi sahəsində təhsili yox imiş. Bunu isə özü müsahibələrindən birində bildirib. Bütün Azərbaycan Suranı Tünzalə Ağayeva ilə oxuduğu və çəkdirdiyi klipdən sonra tanıdı. Klipin təqdimat mərasimində Tünzalə Ağayeva Azərbaycan musiqi mədəniyyətinə yeni və fərqli bir səsin gəldiyini elan edib, Sura haqda bu sözləri demişdi: “Sura sanki Hüseyn Cavidin Gülbaharıdır. O səhnəyə, müğənni olmağa iddialı deyil. Onunla tanışlığımız Ümumrespublika Gənclər Forumu zamanı verdiyim iki günlük master-klassdan başlayıb. Sura şeir yazır və sonra ona mahnı bəstələyir. Bir gün Sura mənə SMS-lə şeir göndərdi. Şeiri oxudum, təsirləndim. Və həmin dəqiqə pianinonun arxasına keçdim, mahnını bəstələdim. “Qovuş ona” belə yarandı. Suranın qeyri-adi oxuma tərzi var, hətta mən deyərdim ki, Azərbaycanda belə bir səs yoxdur. O xüsusi aranjimanlı mahnılar oxumayacaq. Amma tezliklə onun solo mahnısı hazırlanacaq. Hər bir insanda naxış olmalıdır. Yaradıcılıqda belədir ki, naxış yüzdə bir insanda olur. Məni Suraya cəlb edən məhz o naxış oldu.

İlk müsahibəsini və açıqlamalarını elə o vaxt verən Sura çəkingənliyi, utancaqlığı ilə diqqət çəkmiş, musiqi sahəsində təhsilinin olmadığını bildirmişdi: “Tünzalə xanım olmasaydı, Azərbaycanda musiqi sahəsində heç bir fəaliyyətim olmayacaqdı. Tünzalə xanımla çalışmaq mənim üçün avantajdır”.

teleqraf.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm