Hamilə qalmaq istəyənlər bunlara əməl etsin
Bizi izləyin

Tabloid.az

Hamilə qalmaq istəyənlər bunlara əməl etsin

Valideyn olmaq, övlad sahibi olmağın məsuliyyətini öz üzərinə götürmək cütlüklərin həyatında verdiyi ən önəmli qərarlardan biridir

Valideyn olmaq, övlad sahibi olmağın məsuliyyətini öz üzərinə götürmək cütlüklərin həyatında verdiyi ən önəmli qərarlardan biridir.

Əgər siz də tezliklə ana olmaq istəyirsinizsə, bəzi qaydalara əməl etməlisiniz. Ən əsası isə qəbul etdiyiniz qidaları çox diqqətlə seçməlisiniz. Çünki bəzi qidalar hamilə qalmağınızı sürətləndirərkən, digərləri bu prosesə maneə ola bilər.

Tabloid.az hamilə qalmağa kömək edən bitkiləri araşdırıb:

Nanə

Təzə nanədən salatlarda istifadə etmək olar. Həmçinin nanəni dəmləyərək, çayını da içə bilərsiniz.

Adaçayı

Hamilə qalmaq istəyən qadınlar mütləq bu bitkidən istifadə etməlidirlər. Bu bitkini dəmləyib içmək laızmdır. Bunun üçün 1 stəkan suya 1 paket adaçayı qoyub dəmləyin.

Mixək

Hər gün yeməkdən sonra qəbul edilən mixək hormonların düzgün işləməsinə kömək edir.

Həmçinin asan doğuş üçün də mixək faydalıdır. Doğuşa 2 ay qalmış davamlı olaraq hər gün bu bitkini dəmləyib içmək lazımdır.

Zəncəfil

Bədəni möhkəmləndirir. Cinsi istəyi artırır. Bu həm qadınlar, həm də kişilər üçün keçərlidir. Ona görə də zəncəfili balla qarışdıraraq həyat yoldaşınızla birgə yeyin.

Darçın

Cinsi istəyi artırır.Hormonların sürətlə istehsal olunmasını təmin edir.

Bədənin gücünü artırır.

Vanil

Cinsi istəyi artırır. Depressiyaya qarşı təsirlidir. Bədəni gücləndirir.

Razyana

Hormon pozğunluqlarının qarşısını alır. Hamilə qalmağa kömək edir.

Bu bitkini yeməyin üzərinə səpib yeyə bilərsiniz. Kökələrin içərisinə qoyduğunuz qarışıma da əlavə edə bilərsiniz.

Qara istiot

Ehtirası artırır. Kişilərdə və qadınlarda cinsi istəyin artmasına səbəb olur.

Qanazlığına kömək edir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm