Suraya gələn zəng, 3 kəsir və …Fotolar
Bizi izləyin

Tabloid.az

Suraya gələn zəng, 3 kəsir və …Fotolar

İntiharı ilə gündəmi zəbt edən gənc müğənni Sura Əsgərli özü ilə bir çox sirləri apardı. Özünü yaşadığı evdəcə asan gənc qızın intihar səbəbləri ailəsi və bütün hamı üçün sirr olaraq qalır.

İntiharı ilə gündəmi zəbt edən gənc müğənni Sura Əsgərli özü ilə bir çox sirləri apardı. Özünü yaşadığı evdəcə asan gənc qızın intihar səbəbləri ailəsi və bütün hamı üçün sirr olaraq qalır.

Əvvəlcə xatırladaq ki, dünən 23 yaşlı Sura Əsgərli Xəzər rayonu, Buzovna qəsəbəsində yaşadığı mənzildə özünü asaraq intihar edib.

Onun evin zirzəmisində asılmış meyitini isə anası aşkar edib.

Xəzər rayon prokurorunun köməkçisi Zaur Ağakişiyevin verdiyi məlumata görə, ailəsi onun telefonla danışdıqdan sonra intihar etdiyini bildirir. İndi polis zəngin kim tərəfindən edildiyini aydınlaşdırır.

Biz də bəzi qaranlıq məqamları aydınlaşdırmaq üçün Sura Əsgərlinin yaşadığı evdə olduq.

Yas içində olan Əsgərli ailəsi hələ də şokdan ayıla bilmir. 23 yaşlı qızlarının niyə bu addımı atdığını anlamağa çalışan ana İlhamə Ələsgərova qızını belə xarakterizə edir:

“Sura uşaq vaxtından özünə çox qapalı olub. Heç vaxt problemləri haqqında danışmazdı. Əslində, elə də ciddi problemlərinin olduğunu da bilmirik. Sura həmişə bizə deyirdi ki, siz məni başa düşə bilməzsiniz".

Deyirdi, Tünzalə mənim ruh ortağımdı

Tünzalə xanımla (red-Tünzalə Ağayeva) ruh ortaqlığı olduğunu deyirdi. Deyirdi, məni yeganə başa düşən insan Tünzalə xanımdır. Qafqaz Universitetində təhsil alırdı. Hamı da ondan razı idi - tələbə yoldaşları, qohumlar”.

Suranın atası Tahir Ələsgərov isə hadisə baş verən gün Rusiyada olub. Qızı ilə daim telefon əlaqəsi yaradan ata qızının atdığı bu addımı anlamır:

“Suranın yazdığı şeirlərdə dərin məna vardı. Onun şeirləri ilahi sözlərlə dolu olurdu. Özünü Allaha çox yaxın hiss edirdi. Ailəmizdə çox şeir yazanlar olub. Babası da, elə mən özüm də şeirlər yazıram. Amma Suranın şeirləri həmişə bizdən fərqlənirdi. Musiqi təhsili olmasa da, mahnı bəstələyirdi. Amma heç vaxt problemi haqqında heç nə demirdi. Anasına demişdi ki, unversitetdə 3 kəsiri var. Bunu mənə deməyib. Bəlkə də, elə buna görə də intihar edib. Bu, sadəcə, bir fərziyyədir. Bəlkə də, səbəb bu deyil”.

Suranın anası İlhamə xanım hadisə baş verən gün evdə olmayıb. Bankda olan ana qızına zəng eləsə də, Sura ona cavab verməyib:

“Evə qayıdanda gördüm zirzəminin qapısı açıqdır. Tez ora getdim. Pişik saxlayırıq, ora gedincə düşündüm ki, Sura ona baxmağa düşüb. İçəri girəndə mənzərə başqa idi. Sura öz yaylığı ilə özün asmışdı.Tez onu yerə düşürüb, qonşulara xəbər elədim. Polis və təcili yardım gəldi”.

“Sonuncu dəfə Suraya kim zəng eləyib” sualına isə anası belə cavab verdi. “Telefonuna baxdıq, 21 dəfə mən zəng vurmuşdum. Ondan əvvəl də Abbas adlı universitet yoldaşı zəng vurub. Biz guman edirik ki, zəng kəsirlərə görə olub. Telefonda başqa zənglər olmayıb. Biz telefona baxandan sonra istintaqa təhvil vermişik. Heç kimdən də şübhələnmirik”.

İndi Əlsəgərovlar ailəsi istintaqın köməyi ilə qızlarının intiharının səbəbini öyrənməyə ümid edir.

Valideynləri bəzi mətbuat orqanlarında qızları haqqında həqiqətə uyğun olmayan məlumatların getməsindən narahatdır:

“Çox sağ olun ki, siz birbaşa gəlib evimizdə hadisə ilə maraqlandınız, dəqiq faktları bizim özümüzdən eşitdiniz. Ümid edirik ki, sizin reportajınızdan sonra bütün bu məsələlərə aydınlıq gələr“.

Publika.az

FOTO Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm