• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Astroloji proqnoz - 26 avqust

Astroloji proqnoz - 26 avqust

Səbuhi Rəhimlidən gündəlik astroloji proqnoz ...

QOÇ - Hər hansı riskli sövdələşmələrə, o cümlədən pulla bağlı müzakirələrə ciddi yanaşmayın. Əsas diqqəti sağlıq durumuna və münasibətlərə yönəldin. Səhər saatlarında səfərə çıxmaq olar.

BUĞA - Cəfəng işlərə aludə olmasanız, bu təqvimi tamamilə öz xeyrinizə dəyişə biləcəksiniz. Bu istiqamətdə əsas uğur maliyyə məsələlərində mümkündür və bütün hallarda təşəbbüskarlıq sizdə olmalıdır.

ƏKİZLƏR - Ümumi ovqatınızın yüksək olacağını bildirən Göy qübbəsi bu günü zəngin keçirməyinizə şərait yaradacaq. Belə məqamlarda çoxdan görmədiyiniz yaxınlarınızı da ziyarət etməyə dəyər.

XƏRÇƏNG - İş-gücü bir tərəfə atın. Onsuz da neçə illərdir ora-bura qaçmaqla əsaslı dönüş yarada bilməmisiniz. Heç olmasa, bu təqvimi mənəvi rahatlığa, insanlarla ünsiyyətə həsr edin.

ŞİR - Daxili dünyanızı anlayan insanlarla bir araya gəlin ki, ümumi süstlüyünüz ərisin. Çünki indi sizə daha çox mənəvi rahatlıq lazımdır. Şəxsi büdcənizə mümkün qədər qənaət edin.

QIZ - Bəzən səbəbsiz olan daxili gərginliyinizi aradan qaldırmaq istəyirsinizsə, qarşılıqlı münasibətlərinizi tənzimləyin. Bunu bacarsanız, nahardan sonra sürprizləriniz olacaq.

TƏRƏZİ - Səhər saatlarında gözlənilən gərginliyi dəf etməyi bacarsanız, sonrakı müddətdə hər hansı nigarançılıq olmayacaq. Məhəbbət müstəvisində yaranmış boşluqları doldurun.

ƏQRƏB - Bütün vaxtınızı istirahətə həsr edin. Çünki fəaliyyətlə bağlı hansısa yenilik gözlənilmir. Ulduzlar əsasən qarşılıqlı münasibətlərə və qohumluq əlaqələrinə fikir verməyi məsləhət görür.

OXATAN - Yola çıxmaq fikriniz varsa, tərəddüd etməyin. Çünki bu gün rastlaşdığınız insanlardan xoş əhval alacağınız mümkündür. Pulu ilahiləşdirməyin. Çünki İlahi əlçatmaz yerdə durur.

OĞLAQ - İqlimin bir qədər mülayimləşməsi sizə əlavə enerji verməkdədir. Odur ki, bu vaxta qədər öhdəsindən gələ bilmədiyiniz planları sürətləndirməlisiniz. Dəvətləri qəbul edin.

SUTÖKƏN - Ulduzların düzümü yalnız maliyyə məsələlərində uğurlar vəd edir. Qalan sahələrdə isə ən yaxşı halda neytrallıqla üzləşəcəksiniz. Saat 14-18 arası sağlıq durumunuzu diqqətdə saxlayın.

BALIQLAR - Ulduzlar kin-kidurəti bir tərəfə atıb barışıq prosesinə qoşulmağınızı tələb edir. Ona görə də bu gündən deyilən istiqamətdə canfəşanlıq göstərməlisiniz. Cəfəng işlərdən uzaq olun.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR