Tabloid.az
Bürclər arasında ən sədaqətlisi hansıdır?
Bürclərin hər biri özünəməxsus xarakteri ilə seçilir. Bəziləri realist, bəziləri isə çox romantik olur. Tabloid.az sədaqətli və romantik bürclər haqqında yazını təqdim edir:
Qoç bürcü: Qoçlar, idealist olduqları qədər də eqoistdirlər. Onlar səhvlərini qəbul etmək yerinə, ölməyi ya da ürəyindəki sevgisini öldürməyi daha üstün tuturlar. Qoçlardan heç vaxt səhvlərini qəbul etməsini gözləməyin. Bəzən də sevgisinin məhv olduğunu dərk elədiyi anda onu xilas etmək üçün əlindən gələni edərlər...
Buğa bürcü: Buğalar sevgiyə və cinsəlliyə böyük
maraq duyurlar. İnsanları özünə cəzb etməyi sevirlər. Səyahətə və
ya uzaq yerlərə gedib qayıtdıqdan sonra ondakı dəyişikliyə hazır
olun. Bu, onlarda ən həssas, ən şübhəli olduqları dönəmdə baş verir
və münasibətləri bitmə təhlükəsi ilə qarşı-qarşıya gəlir.
Münasibətləriniz uzun müddət davam edirsə, ilk günlərdəki kimi
davranmaya bilər.
Əkizlər bürcü: Əkizlər ayaqlarınızı yerdən kəsib
sizi göylərdə gəzdirə bilər. Sizə dünyanı və bütün problemlərinizi
unutdura bilərlər. Fəqət, bu anın nə qədər davam edəcəyi sual
altındadır. Onlarla nə qədər çox ünsiyyətdə olsanız, o qədər çox
"bağlılıq hormonu” sizi bürüyəcək. Sevginin uzun müddətli olmasını
da bu hormonlar təmin edir. Dünyada heç kimin deyə bilmədiyi
yüzlərlə variantlarda sevgisini etiraf edə bilər. Əkizlər harada
məskunlaşsalar, evləri də məhz oradır. Uzun tənhalıq dönəmində acı
göz yaşları da axıda bilərlər.
Xərçəng bürcü: “Sən mənim gözümdə ən dəyərli
insansan”, aşiq olan xərçənglər sevdiyi insanı hamıdan üstün görür.
Xərçənglər maraqlı insanlar olduğu üçün çox zaman diqqət mərkəzində
olurlar. Xarici görüntüsünü heç bəyənməsək də, əhvalımızı qaldıra
bilirlər. Dürüst olun və həmişə həqiqəti söyləyin. Çünki onları
aldatmaq çətindir. Həqiqətləri münasibətlərinizə təsir etməyən
şəkildə çatdırın.
Şir bürcü: Şirlərin sevgisi yandırıcıdır... Anidən
alovlanan ehtirasa sahibdirlər. Sevdiyi qadının qoxusu onlara təsir
edir. Şirlər hər şeydən şübhələnirlər. Şübhə sizi bir-birinizdən
ayıra bilər. Aranızda yaşana biləcək ən böyük əngəl də məhz onun
şübhələridir. Şübhə məsələsi aranızda çətin anlar yaşadacaq. Bu
müddət çox təhlükəlidir. Onlara ürəkdən vurulmusunuzsa, sizi
ağlatması qaçılmazdır.
Qız bürcü: Onların sevgilərinin ən böyük sirri
sevdiyi insanın yanından ondan doymamış ayrılmaq məcburiyyətində
qalmasıdır. Sonrakı görüşə qədər nə qədər darıxdığınızı ağlından
çıxarmır. Onları sevginin nə qədər dərin olmasından çox,
keyfiyyətli olması maraqlandırır. Ümumiyyətlə, qızlar hər şeydə
yüksək səviyyə axtarışında olurlar. Buna görə də həqiqi sevgini çox
az dada bilirlər. Qız bürcündən olanlar digərləri ilə müqayisədə
daha asan subay yaşaya bilərlər. Buz kimi soyuq görünsə də, yola
getdiyi və zövq ala bildiyi insanın qarşısında əriyə bilər.
Tərəzi bürcü: Tərəzilər son dərəcə ailəcanlı və
sevdiyini qoruyan insanlardır. Dəli kimi qısqanmalarına baxmayaraq,
bunu göstərmirlər. Bu sizin üçün əhəmiyyətsiz ola bilər, amma
vacibdir. Son dərəcə sadiq olurlar. Ancaq onların sakitliyidən və
səbrindən istifadə etməyin. Çünki bıçaq sümüyə dirənəndə
sevgilərindən də vaz keçirlər. Münasibətlər bitibsə, bitmiş
deməkdir. Bir dəfə qərarını verən Tərəzilər, sonradan yalvarıb
yaxarsanız, da geri dönməyəcək. Sözünüzün üstündə durun. Əks halda
tərk edilməniz qaçılmazdır.
Əqrəb bürcü: Bir sözlə, onlar yorulmaq bilmirlər.
Hər şeydən əvvəl özlərinə aşiqdirlər. O, buz kimi soyuqluğun
arxasında gizlənən böyük ürəkləri var. Dərin yaralar onu qorxunc və
dəhşətli əsəb partlayışına səbəb ola bilər. Əgər onu bu hala salan
siz deyilsinizsə, kənardan onu seyr etmək həyəcanlandırıcı ola
bilər. Öz qaydalarını qoyur və başqalarının onun üçün nə
düşündüyünü zərrə qədər də maraqlandırmaz. Hər cür rahatlıqdan
məhrum olsalar da, buna alışa bilirlər. Əqrəblər əslində, çox
həssas və duyğusal xarakterə malikdir. Amma onların xarici
soyuqluğu qarşı tərəfi incidir.
Oxatan bürcü: Oxatanlar həm ürəyi, həm də ağlı ilə
hərəkət edirlər. Sevgidə bəzən ağılsız hərəkətlərə yol verə
bilərlər. Yıxılsa da, yenidən ayağa durmağı bacarır. Dürüst və
həqiqi münasibətlər qururlar. Oxatan kişilər qadınlarda israrla
ağıl axtarır. Qısqanc olmayın. Onun hər etdiyi hərəkəti təhlil və
tərk etməklə təhdid etməyin. Oxatanları olduqları kimi qəbul
etsəniz, onunla birlikdə uçuruma da yuvarlanmaq əyləncəli ola
bilər.
Oğlaq bürcü: Oğlaqlar sirlərlə dolu və həll
edilməyən tapmaca kimidirlər. Onları başdan çıxarmaq kifayət etmir,
fəth etmək lazımdır. Ətrafı özü üçün tikdiyi divardan ibarətdir.
Utancaq, amma güclü və çətin xarakterli insandır. Tək qalmağa daha
çox üstünlük verir. Çoxları tərəfindən bəyənilməyi və sevilməyi
ürəkdən arzu edir. Sevdiyi qadını tez-tez təəccübləndirməyi
bacarmasa da, ömür boyu sevər. Digər bürclərə görə, daha sədaqətli
olur.
Dolça bürcü: Onun ürəyini fəth edin. Gec-gec
görüşürsünüzsə, hafizəsi sizi unutmağa və yad adam kimi davranmağa
məcbur edə bilər. Yersiz qısqanclığınız onu sizdən soyumasına
gətirib çıxara bilər.
Balıq bürcü: Balıqlar bəlli etməsə də, sərhədsiz
güvənə və sədaqətə ehtiyac duyurlar. Lakin bunu dilinə gətirməyi
zəiflik hesab edir. Qısqandığı zamanlarda da susmağa üstünlük
verir. Eyni şeyi sevdiyi qadından da gözləyir. Balıq bürcünün
kişiləri o qədər həssasdır ki, qəlbi qırıldığı zaman həyatlarını
bezdirən qadına dəlilər kimi aşiq olsa da, bu vəziyyətə çox dayana
bilməyəcək və həmişəlik tərk edəcək.
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ