Bunları yedikcə əriyib cöpə dönəcəksiniz...
Bizi izləyin

Tabloid.az

Bunları yedikcə əriyib cöpə dönəcəksiniz...

Bu qidalar yağları yandırmağa həqiqətən də kömək edir. Amma arıqlamaq əziyyət, bir az da səbir tələb edir. Əvvəlcə onu qeyd edim ki, kremli tortu yeyib sonra yağları yandıran məhsullardan yeyərək möcüzə gözləməyin. Həyat tərzinizi dəyişməsəniz, heç bir qi

Bu qidalar yağları yandırmağa həqiqətən də kömək edir. Amma arıqlamaq əziyyət, bir az da səbir tələb edir. Əvvəlcə onu qeyd edim ki, kremli tortu yeyib sonra yağları yandıran məhsullardan yeyərək möcüzə gözləməyin. Həyat tərzinizi dəyişməsəniz, heç bir qida və hərəkət çəki azaltmağa kömək etməyəcək. Artıq çəkidən ancaq idman və az kalorili qidalar sayəsində xilas olmaq mümkündür. Bu qidalar maddələr mübadiləsini sürətləndirməyə kömək edir.

Qreypfrut. Arıqlamaq və yağların yandırılması üçün ən ucuz və populyar məhsullardan biridir. Qreypfrut, insulin hormonu qandakı qlükozanın səviyyəsini azaldır, həmçinin yağ ehtiyatlarına görə "cavab verir". Məhz insulin yağ təbəqəsinin artmasına səbəb olur.

Qreypfrut maddələr mübadiləsini və metabolizmi sürətləndirir. Sitrus meyvələrinin hamısı oxşar xüsusiyyətlərə malikdir. Bundan başqa, orqanizmdəki zəhərləri təmizləyir və immuniteti gücləndirir.

Ananas. Arıqlamaq istəyən istənilən qadının yağlarını yandırır. Belə şöhrətinin real zəminləri var. Məsələ ondadır ki, ananasın tərkibində zülalları bir-birindən ayıran bromelin fermenti var.

Bundan başqa, ananas tərkibində böyük miqdarda qida lifləri, üzvi turşular var. O, fosforla kalium, dəmir, yod, kalsiumla zəngindir, həm də bu meyvədə isə qiymətli B və A qrupu vitaminləri var. Ananas həzmi yüngülləşdirir, qanı durulaşdırır və hətta tromblarla mübarizə aparmağa kömək edə bilər. Ananasın təsirini artırmaq üçün onu yağlı yeməklərdən sonra yeməyi tez-tez məsləhət görürlər. Nəzərə alın ki, ancaq təzə ananas faydalıdır.

Mədə-bağırsaq xroniki xəstəlikləri olan insanlara ananas məsləhət deyil. Ac qarnına yemək olmaz! Ac qarına yesəniz, mütləq ağzını yaxalayın, çünki ananas şirəsi dişlərə ziyan vura bilər.

Zəncəfil. Çox yaxşı qızdırır. Bu təsirli ədviyyat qan dövranını gücləndirir, xüsusilə həzmi yaxşılaşdırır. Zəncəfil ağır nahara da kömək edir.

Zəncəfilli çay pəhriz saxlamaq istəyənlər üçün gözəl başlanğıcdır. Bir tikə zəncəfilin üstünə qaynar su əlavə edilir. Bir az limon şirəsi və bal əlavə etmək olar. Əla vasitədir.

Zəncəfil kifayət qədər güclü ədviyyatdır, ona görə də ondan istifadə də ehtiyatlı olmaq lazımdır. Zəncəfil ürək-damar xəstəlikləri, qanaxmalarda, qastriti olan xəstələrə məsləhət deyil. Həmçinin hamiləliyin ikinci yarısında olanlara.

Yağsız ağartı məhsulları. Ağartı məhsulları bədəni kalsiumla təmin edib, zərərli yağlardan xilas edir. Həmçinin ağartı məhsullarının tərkibində bakteriyaların həzm və maddələr mübadiləsini yaxşılaşdıran, çoxlu maddələr var. Süd zərdabı metabolizmi sürətləndirib bununla da yağ təbəqəsinin daha tez xərclənməsinə kömək edir.

Kələm. Kələmin istənilən növü bədəni təmizləyir, həzmi yaxşılaşdırır. Antioksidantlar immuniteti artırır.

Bundan əlavə, kələmdə çoxlu vitaminlər tapmaq mümkündür: A, C, E, K, RR, U və B qrupu), kalsium, fosfor, kalium, maqnezium, dəmir, mis, sink, manqan, ftor, həm də əvəzedilməz amin.

Darçın. Bu ədviyyat yağdan xilas olmağa kömək edən xüsusiyyəti ilə məşhurdur. Darçın qanda şəkərin səviyyəsini nizamlayır, axı biz məhz bu göstəriciyə görə güclü aclıq hiss edirik. Darçın maddələr mübadiləsinə kömək edir, toxluq hissi aşılayır, həm şirniyyat istəyinin öhdəsindən gəlməyə kömək edir. Darçından bir dəfə istifadə etməklə arıqlamağa gətirib çıxarmayacaq. Belə ki, darçını mütəmadi olaraq meyvə salatları və desertlərin istifadəsində daha yaxşıdır.

Darçın hamilələrə zərərlidir. Qaraciyər xəstəlikləri zamanı da onu ehtiyatla istifadə etmək lazımdır.

Su. Su çatışmazlığı orqanizmdə metabolizmi proseslərini zəiflədir, buradan şişkinlik və yağ ehtiyatı artır. Üstəlik, su aclığı yatırır və toxluq hissi verir.

Nəzərə almaq lazımdır ki, susuzluğu yatırmaq üçün qatqısız və yalnız təmiz su içmək lazımdır. Şirələr, çaylar, meyvə şərbətləri və digər faydalı içkilər də lazımdır, amma onlar həkimin tövsiyə etdiyi 2 litr təmiz suya daxil deyil. Qəhvə, şirin və qazlı içkilər orqanizmi qurudurlar.

Qıtıqotu.- Demək olar ki, uzaq şimaldan başqa, hər yerdə tapılır. Qədim misirlilər dərman məqsədi ilə və müxtəlif xörəklərin hazırlanmasında ondan istifadə edirmişlər. Bu tərəvəz turpa oxşayır. Maddələr mübadiləsini gücləndirir, həzmi aktivləşdirir, bağırsağın işini asanlaşdırır.

Qıtıqotu həm də qırmızı turp, böyrək, mədə iltihabi xəstəliklərində zərərlidir. Həmçinin hamilə və süd verən qadınlara qıtıqotu olmaz.

Yaşıl çay. Diyetoloqlar bu faydalı içkini gündə ən azı 4 fincan içməyi tövsiyə edirlər. Onun tərkibində də arıqlamağa kömək edən və mübadiləsini sürətləndirən maddələr var.

Unutmayın ki, bu çay xərçəng hüceyrələrinin yaranmasına mane olur, ürəyi və damarları möhkəmləndirir. Amma tətbiqdə mülayim olmaq lazımdır, çünki böyük miqdarda çay sinir sisteminə təsir göstərir.

Moruq. Yüksək məzmunlu vitamin hesabına hüceyrələri yağdan azad edir. Həm də sidikqovucu təsiri var və bu, maddələr mübadiləsinin sürətlənməsinə kömək edir, zəhərləri maddələri orqanizmdən çıxarır.

Yeri gəlmişkən, moruq - azsaylı giləmeyvələrdən biridir ki, bişən zaman öz faydalı xassələrini itirmir. Ona görə də ondan dadlı desertlər hazırlanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm