Bu çantalar xanımların ürəyini fəth edəcək - Fotolar
Bizi izləyin

Tabloid.az

Bu çantalar xanımların ürəyini fəth edəcək - Fotolar

Siz də qarderobunuza qış trendlərini indidən əlavə etmək istəyirsinizsə, yazımızı mütləq oxuyun!

Qış mövsümündə bir-birindən şıq və istifadəsi rahat çanta modelləri dəbdə olacaq.

Tabloid.az 2014-2015 payız-qış mövsümündə trend olacaq modelləri sizin üçün toplayıb.

Siz də qarderobunuza qış trendlərini indidən əlavə etmək istəyirsinizsə, yazımızı mütləq oxuyun! Özünüzə uyğun ən dəbli çanta modelini tapacağınıza əminik.

Çünki payız və qış aylarının dəb tendensiyalarına nəzər saldıqda hamının zövqünə uyğun trendlərin olduğunu görürük. Çantalarda da bu özünü göstərir.

Rəngli çantalar

Çantalarda rəngarəng naxışlar görməyə hazır olun. Qışın qarlı, boz, solğun ab-havasına rəng və əyləncə qatacaq bu çantalar xanımların favoritinə çevriləcək.

Həndəsi fiqurlar, rəngarəng naxışlarla bəzənmiş çantalara hər yerdə rast gələcəyik. Qızıl və gümüş rəngləri də çantalarda çox istifadə olunacaq.

Kürklü çantalar

Kürk demək olar ki, hər il qış mövsümündə trend olur. Bu il çantalar da kürk dəbi ilə ayaqlaşacaq. Tamamilə kürkdən hazırlanmış çantalarla yanaşı, üzərində kürk detalları çantlara da dəbli xanımların qarderobunda mütləq yer almalıdır.

Tutacaqlı klatçlar

Həm kiçik, həm də böyük çantalarda tutacaq detalını görmək mümkün olacaq. Artıq bir çox məşhur brendin yeni kolleksiyasında bu detala yer verilib. Xüsusilə də klatçlarda bu detal trend halını alıb. Həm rahatlığı, həm də şıq görüntüsü ilə bu model çantalar qışın ən çox axtarılan aksessuarlarına çevriləcək.

Zəncirli çantalar

Çantalarda ən çox diqqət çəkən detallardan biri zəncirlərdir. Uzun və ya qısa zəncirli çanta modelləri mövcuddur. Moda dizaynerləri rahatlığı və şıqlığı bir arada təqdim edən bu model çantaların çox satılacağına inanırlar.

Qutu çantalar

Qutu kimi kvadrat olan və kəskin kənarlara malik bu çanta modelləri 2014-2015 payız və qış aylarının ən favorit çantaları olacaq. Bu çantaların ən diqqət çəkən detalı isə keçmiş illərin dəbini xatırlatması və rəngarəng olmasıdır. Öz geyim tərziniziə uyğun olacağını düşnürsünüzsə, bu çantalara üstünlük verə bilərsiniz. Onu da qeyd edək ki, bu model çantalar həm gündəlik həyatda, həm də dəvətlərdə istifadə edə biləcəyiniz aksessuardır.

Timsah dərisindən çantalar

Bu qış demək olar ki, hər rəngdə və modeldə timsah dərili çanta tapmaq mümkün olacaq. Təbii ki, süni dəridən hazırlanmış olanları alsanız, həm heyvanlara zərər verməmiş olarsınız, həm də şıq görünərsiniz.

Bəbir detallı çantalar

Bəbir detalı geyimdə olduğu kimi, çantada da bu il öz hakimiyyətini qoruyub saxlayacaq. Bu tip çantaları qara və ya bej rəngli sadə paltarlarla götürə bilərsiniz.

Torba çantalar

Büzməli olması səbəi ilə istifadəsi rahat olan bu çantalar ötən ildən bəri dəb pərəstişkarlarının əlindən düşmür. Qış aylarında da bu çantalrı hər yerdə görəcəyik. Torba formasındaki bel çanbtaları da olduqca dəbdədir.

Şüarlı çantalar

Üzərində müxtəlif şüarlar yazılan çantalar bu il də dəb olaraq qalır. Xüsusilə gənc qızların maraq göstərdiyi bu model çantalar bu il biraz daha fərqli formada qarşımıza çıxacaq. Belə ki, çantanın üzərinə şüarlar iri və diqqət çəkən tərzdə yazılır. Həm də klassik çanta modellərinin üzərinə belə şüarlar yazılır. Yəni, klassik tərzdə geyinən xanımlar belə bu çanta modellərindən istifadə edə bilərlər. Beləliklə, həm stilləri dəblə ayaqlaşar, həm də monotonluqdan xilas olarlar.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm