• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Sekslə məşğul olmaq üçün ən ideal vaxt

Sekslə məşğul olmaq üçün ən ideal vaxt

Bədəndəki proseslər hər saat dəyişir. Günün fərqli saatlarında bədəndə oyanma və passivləşmə baş verir. Bədəninizin fəaliyyət təqvimini bilsəniz, seksdən daha çox həzz ala bilərsiniz. Çünki sekslə məşğul olmaq üçün doğru məkan qədər doğru zaman da önəmlidir.

Seksdən daha çox həzz almaq istəyənlər tabloid.az-ın tövsiyələrini nəzərdən keçirsinlər.

1. Kişilər səhərlər ereksiya halında oyanırlar. Kişilər üçün ən ideal seks vaxtı səhər saat 8-dir. Ona görə də səhərlər sekslə məşğul olduqda daha çox həzz alırlar.

Qeyd edək ki, cinsi qıcıqlandırıcının təsirindən cinsi orqana gələn arterial qanın axınının bir neçə dəfə yüksəlməsi, cinsi orqandan gedən venoz qanın axınının isə bir neçə dəfə zəifləməsi səbəbindən cinsi orqan daxilində qanın ləngiməsinin nəticəsində cinsi orqanın sərtləşməsi (bərkiməsi) prosesinə ereksiya deyilir.

2. Qadınlar üçün vəziyyət bir qədər fərqlidir. Qadınlar gecələr seksə daha meyilli olurlar.

3. Sekslə məşğul olmaq üçün ən ideal vaxtlardan biri də istirahət zamanlarıdır.

Əgər həm siz, həm də həyat yoldaşınız işləyirsə, öpüşməyə belə vaxt tapa bilməmək problemi ilə üzləşməyiniz labüddür. Ona görə də tətilləri yaxşı dəyərləndirin. Xüsusilə də bayram tətillərində yüksək ab-havanın olması və səhərlər tez oyanmaq stressinin olmaması seksdən alınan həzzin artmasına səbəb olur.

4. Araşdırma nəticələrinə görə, qadınlar aybaşı olmadan bir gün öncə sekslə məşğul olsalar seksdən maksimum həzz ala bilərlər. Bu dövrdə bədən və cinsiyyət orqanında su yığılır, ona görə də qadın daha həssas olur. Orqazm olmaq asanlaşır və seks daha həyəcanlı hala gəlir.

Onu da qeyd edək ki, ay başından öncə sekslə məşğul olmaq bu prosesin daha ağrısız keçməsinə səbəb olur. Səbəb isə orqazm zamanı istehsal olunan maddələrin ağrıkəsici funksiyasının olmasıdır. Həssas günlərinizdə aqressiv olmamaq üçün də bu əla üsuldur. Yorğun və halsız olsanız da, siz də bir dəfə ayıbaşından öncə sekslə məşğul olmağı sınaqdan keçirin. Bir çox mütəxəssis bunun qadın xəstəliklərindən də qoruduğunu vurğulayır.

5.Həm kişilər, həm də qadınlar üçün ən ideal seks zamanlarından biri də idmandan sonrakı saatlardır. İdman etdikdən sonra insanın özünə güvəni artır və xoşbəxtlik hormonu istehsal olunur. Nəticədə yataqda daha ehtiraslı və rahat olursunuz. Əlbəttə, bu saydıqlarımız seksdən həzz almaq üçün çox vacibdir.

6. 40 yaşını keçən qadınlar gecələr özlərini yorğun hiss edirlər. Əvvəlki illərdən fərqli olaraq saat 22:00-23:00 arasında yuxuya getməyə başlayırlar. Bu bir çox cütlük arasında problemə çevrilir, hətta cinsi həyatlarının bitməsinə, yataqlarının ayrılmasına qədər gedib çıxır. Ancaq bu problemin çox asan həlli var. Sekslə məşğul olmaq üçün gecəni gözləməyin. Axşam saat 19:00 və ya 20:00 sizin üçün ideal vaxtlar ola bilər.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR