• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Balın saça faydaları

Balın saça faydaları

Balın tərkibində təbii nəmləndirici olduğu üçün həm dərinin, həm də saçın nəm ehtiyacını ödəyir. Nəmə doymuş saçlar isə möhkəm və güclü olur, qırılmır və korlanmır.

Balın insan sağlamlığına olan faydalarını saymaqla bitməz. Balın tərkibində eyni zamanda, saçlara da həyat verən maddə var. Bal saç köklərini bəsləyərək saçları qüvvətləndirir və qabıq verən saç dərisinin özünə gəlməsinə kömək edir. Bal maskaları korlanmış saçları da sağaldır və möhkəmləndir. Saçın tökülməsinin də qarşısını alır.

Balın saça faydaları

Balın saça verdiyi ən önəmli fayda saçları parlaq göstərməsidir. Bu qida donuq və solğun saçlara yeni həyat verir. Bir qaşıq bal saçları parıldadır.

Bal saçları qidalandırır və gücləndirir. Bu baxımdan ballı şampunlardan rahatlıqla istifadə edə bilərsiniz. Amma təbii balın yerini heç nə verir. Buna görə də saçınıza bal maskaları tətbiq edin.

Bal saçı nəmləndirdiyi üçün qırılmasına mane olur. Nəmli saçlar isə daha parlaq və sağlam görünür. Saçı nəmləndirən bal kəpəyin də qarşısını alır.

Saçların uzanmasından həm şikayət edirsiniz, həm də onlara ehtiyacı olduğu nəmi vermirsiniz. Bu problemdən yenə bal sayəsində xilas ola bilərsiniz. Saçların sağlam uzanması üçün bal maskalarından istifadə edin.

Saçınız həddindən çox qabarır və elektriklənirsə ballı maskalar istifadə edin. Saçların qabarmasının qarşısını alacaq.

Sirkəli bal maskası

Sirkənin kəpəyin qarşısını aldığından yəqin ki, çoxunuz xəbərdarsınız. Ancaq balla birlikdə istifadə edildiyi zaman daha faydalı olur. Sirkə ilə balı qarışdırıb saçınıza çəkin. Saçınız həm yumşalacaq, həm kəpəkdən xilas olacaq, həm də sağlam və parlaq görünəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR