• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Mətbəxdəki təhlükə

Mətbəxdəki təhlükə

Vaxtilə xaricdə istehsal olunmuş servizlər hər bir ev xanımın fəxri idi və ondan xüsusi qonaqlar gələndə istifadə olunurdu. Daha imkanlı ailələrdə isə bahalı servizlərdən gündəlik istifadə adi hal idi. Müasir dövrümüzdə isə çox şey sadələşib. Vaxtilə o qədər bəyənilməyən plastmas qablar mətbəxdə özünəməxsus yer tutmağa başlayıb. Plastik, plastmas, polistriol materiallardan hazırlanmış boşqablar, stəkanlar, salat qabları xanımların xoşuna gəlməyə başlayıb.

Artıq şüşə butulkalar da dəbdə deyil. Müxtəlif şirələr, sular, qatıq, xama, süd və s. ərzaqlar plastik qablarda satılır. Təbii ki, bu ərzaq məhsulları birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik qablarda satılır. Bir sözlə müasir dövr plastik, plastmas, polistrildan hazırlanmış qablardan istifadənin səviyyəsi yüksəlib.

Yuxarıda adları sadalanan materiallardan hazırlanan qabların istifadəsinə maraq artdıqca onun zərəri barədə təzadlı fikirlər söylənilir.

Sovet dövründən fərqli olaraq satılan qabların çeşidi genişdir. Ölkəmizə belə məhsullar qabların yüksək keyfiyyətli istehsalçısı kimi tanınmış ölkələrdən, o cümlədən keyfiyyətsiz məhsullar idxalçısı hesab edilən İrandan gətirilir. Təbii ki, hərəsinin də özünə uyğun münasib qiyməti var. Hazırda bazarlarda melamindən hazırlanan ucuz çin qablar, plastmasdan düzəldilən İran istehsalı qablar satılır. Sirr deyil ki, qaynar su ilə əlaqədə olarkən bu qablardan zərərli kimyəvi maddələr ayrılır. Bu qablarda çox zaman istehsalçı göstərilmir və saxta qablar fransız, alman malı kimi təqdim olunur.

Plastik qabların orqanizmə ziyanı təkcə istehsal prosesində yol verilmiş xətalarla bağlı olmaya bilər. Müxtəlif sərinləşdirici içkilər qatıq, xama plastik qablarda satılır. Bundan başqa, mağazadan salat, çəki ilə tort və ya digər şirniyyat alarkən onu plastik qaba qoyurlar. Əgər diqqət yetirmisinizsə, satışda olan toyuğun altına plastikdən dayaz boşqabı xatırladan qab qoyulur. Əfsuslar olsun ki, qadınlar bəzən bu qabları tullamaq əvəzinə ondan xarab olana qədər mətbəxdə istifadə edirlər. Özü də həmin qabların içərisində ərzaq məhsulları saxlanılır. Məsələn, sərinləşdirici içkilərin butulkalarında süd saxlayırlar. Və yaxud ona qaynadılmış su tökərək istifadə edirlər. Ən dəhşətlisi isə plastik qablara üzüm və heyva yarpaqlarının tədarük edilərək qışa saxlanılmasıdır.

Birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik qabların təkrar istifadəsi orqanizmə ziyandır. Bunun şahidi olmaq üçün xanımların bir məsələyə diqqət yetirməsi kifayətdir. Qrantdan gələn suyu plastik içki butulkasına tökün. Məlum olduğu kimi suyun kimyəvi tərkibi dəyişmir. Amma qrant suyunda turşuluq səviyyəsi yüksək olduğundan suyun orqanik xüsusiyyətlərində yəni dadında dəyişiklik hiss edilir. Deməli plastik qabda xörək və digər ərzaq məhsulu saxladıqda da eyni proses gedir. Çünki bir müddətdən sonra plastik qablar hansı keyfiyyətdə istehsal edilməyindən asılı olmayaraq, qida maddəsi ilə təmasa girir. Ona görə də qadınlara məsləhət görərdik ki, plastik qablardan istifadə etməsinlər. Uşaqların yeməklərini həmin qabda saxlamasınlar.

Unutmayın ki, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik qablardan təkrar istifadə etmək olmaz! Plastmas, plastik, polistriol qablardan yalnız təyinatı üzrə istifadə edilməlidir. Standartlar əsasında istehsal edilən qabların altında onun soyuq və ya isti xörəklər və daha hansı məqsədlər üçün istifadə edilməsini aydınlıq gətirən məlumat olmalıdır. Bundan başqa, gigiyenik sertifikatı, üzərində istehsalçı şirkət barədə məlumat olmayan qabları almamağı tövsiyə edərdik.

Ekspertlər saxta çini qabların da təhlükə mənbəyi olduğunu bildirirlər. Demə, ucuz çin qablar özündə zəhərli maddələr çələngini cəmləyiblər. Qabların üzərinə vurulan qeyri-sabit, səliqəsiz vurulmuş şəkil təhlükədən xəbər verə bilər. Çünki şəkil çəkiləndə sonra boşqablar digər istehsal prosesindən keçmir. Bunu qabların üzərindəki şəkillərin silinməsi də təsdiqləyir.

Boşqabla qida arasında kontakt olanda isə zəhərli maddələr ayrılır. Üstü hamar olmayan qablar da keyfiyyətsizdir. Lap kənarlarına naxış çəkilmiş badə və piyalələrdən də istifadə etmək məsləhət deyil. Çünki zəhərli maddələr orqanizmə seliklə daxil ola bilər. Unutmayın ki, keyfiyyətli məhsulun satıcılarda bir qayda olaraq, keyfiyyət sertifikatı və epidemioloji stansiyanın rəyi olur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR