• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Azərbaycanlı müğənni BMT-nin elçisi oldu

Azərbaycanlı müğənni BMT-nin elçisi oldu

Azərbaycan əsilli məşhur britaniyalı bəstəkar-müğənni Sami Yusuf BMT-nin Ərzaq Proqramının aclıqla mübarizə üzrə elçisi təyin olunub.

Tabloid.az-ın BMT İnformasiya Mərkəzinə istinadən xəbərinə görə, S.Yusuf uzun müddət ÜƏP-in fəaliyyətini dəstəkləyib və albomlarının satışından əldə etdiyi gəlirlə ehtiyacı olanlara ərzaq yardımı çatdırılmasını maliyyələşdirib, BMT əməkdaşları ilə birlikdə Misir və İordaniyada suriyalı qaçqınlara yardım çatdırılmasını müşahidə edib.

Qeyd edək ki, gözəl səsi, bəstəkarlıq bacarığı, ifaçılığı ilə şöhrət tapan Sami Yusuf 3 yaşında ikən ailəsi ilə birgə Tehrandan Londona köçüb. Atası və yaxın qohumları musiqiyə bağlı olduğundan Sami ruhən zəngin mühitdə böyüyüb. İlk müəllimi olan atası tanınmış bəstəkar, müğənni və şair, həm də səkkiz müxtəlif musiqi alətinin mahir ifaçısıdır. Klassik musiqi, ərəb və Yaxın Şərq musiqisinin tədqiqatını aparan ata öz təcrübəsini oğluna da öyrədib. Sami də çox erkən yaşlarından müxtəlif musiqi alətlərində ifa etməyə başlayıb, müğənniliyə maraq göstərib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR