
İraqlı rəssam Othman Tomanın əsərləri bütün dünyanı heyrətləndirir.
Onun rəsm əsərlərinə baxdıqda rəssamın sulu boyadan istifadə etdiyini zənn edə bilərsiniz.
Əslində isə rəssamın möhtəşəm əsərlər yaratması üçün təkcə kağız və dondurma kifayətdir. Bəli, Toma şokoladlı, çiyələkli və digər dondurma növlərindən istifadə edərək öz möhtəşəm əsərlərini ərsəyə gətirir.
Tabloid.az bu qeyri-adi rəssamın ən gözəl əl işlərini təqdim edir: