• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Yağlı üz üçün təbii maskalar

Yağlı üz üçün təbii maskalar

Yağlı dəri parlaq görünür, geniş məsamələri və qara nöqtələri vardır. Sızanağın meydana gəlməsi üçün son dərəcə uyğun bir dəri tipidir. Yağlı dəri ilə mübarizə aparmaq çətindir və bu məsələdə xanımlar çox səhvə yol verirlər.

Ən böyük səhv yağlı dərini nəmsiz buraxmaqdır. Halbuki, bu tip dərilərin nəmliyini qorumaq lazımdır. Dəriniz yağlıdırsa, sabun yerinə təmizləmə qellərini və ya losyonlarını istifadə etməyiniz və həftədə 1-2 dəfə meyvələrlə pilinq etməyiniz yaxşı olar. Təmizliklədikdə ilıq sudan istifadə edin və üzünüzü sərt fırçalamayın!

İndi gələk yağlı dərilər üçün qulluq maskalarına.

Gil maskası: 2 yemək qaşığı mayanı 2 çay qaşığı ilıq suda əridin. İçinə 1 çay qaşığı şəkər tozu qoyun və qarışdırın. Daha sonra 3 yemək qaşığı kaolin (gil) əlavə edin və tündləşənə qədər qarışdırmağa davam edin. Otaq istiliyində 15 dəqiqə gözlətdikdən sonra üzünüzə çəkin. Yarım saat gözləyin və üzünüzü ilıq suyla yuyub qurulayın.

Yulaflı maska: 2 yemək qaşığı yulaf unu, 2 yemək qaşığı rəndələnmiş limon qabığı və 6 yemək qaşığı dolusu buğda kəpəyini yaxşıca qarışdırdıqdan sonra bir az su ilə sıyıq halına gətirin. Bu qarışıqla yağlı dərinizi 2-3 dəqiqə boyunca təmizləyin. Sonra ilıq su ilə yuyun.

Pomidor maskası:1 yemək qaşığı təzə pomidor suyu ilə 1 yemək qaşığı gili yaxşıca qarışdırıb üzünüzə sürtün. Quruyana qədər gözləyib ilıq suyla yuyun.

Kartof maskası:1 ədəd kartofu qaynadıb yaxşıca əzin. Üzərinə 1 stəkan süd, 1 yumurta sarısı əlavə edib yaxşıca qarışdırın və bu qarışığı ocaqda bir az isidin. Sonra ilıq ilıq üzünüzə sürtün və 20 dəqiqə gözləyin. Əvvəl isti, sonra soyuq suyla üzünüzü yuyub yumşaq bir dəsmalla qurulayın. Ayda bir dəfə tətbiq edə bilərsiniz.

Banan maskası:1 ədəd böyük bananı soyub yaxşıca əzin. 2 qaşıq qatıq və ya balla qarışdırıb üzünüzə sürtün. Quruyana qədər gözlədib ilıq suyla üzünüzü yuyun.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR