Yaşlı göstərən saç stilləri və rəngləri
Bizi izləyin

Tabloid.az

Yaşlı göstərən saç stilləri və rəngləri

Saçlarınızın tərzi və yaxud rəngi yaşlı görünməyinizə səbəb ola bilər

Saçlarınızın tərzi və yaxud rəngi yaşlı görünməyinizə səbəb ola bilər. Saç modeli qadının vəzir də edə bilər, rəzil də. Elə buna görə də gözəlik salonuna getməzdən əvvəl diqqətli olun. Ən yaxşısı bizim məsləhətlərimizi nəzərdən keçirin.

Eyni boy kəsim modeli saçların hər tərəfini eyni uzunluqda olması səbəbindən yaşlı görünməyinizə yol aça bilər. Dalğalı saçlar qadına daha azad və gənc görkəm bəxş edir.

Saç kremləri, jele və.s kosmetik vasitələrinin həddindən artıq istifadəsi saçları korlamaqdan başqa, sizi gülünc vəziyyətə sala bilər. Saça forma vermək istəyirsinizsə, saç kremlərindən, jeledən çox az istifadə edin. Qabın hamısını başınıza çəkməyin. Gözəllik salonuna gedəndə ustaya saçlarınıza zərər verən maddələrdən çox istifadə etməsinə icazə verməyin. Bu məhsullardan çox istifadə edildiyi zaman saçlar təbii parlaqlığını itirir və solğun görünür.

Sapsarı saçlar yaş ötdükcə dəridəki piqmentlər öz keyfiyyətini itirməsi baxımından dərini solğun göstərir. Sapsarı saçlar da yaşlı göstərir.

Qırıq saçlar baxımsız, cansız görünür. Parlamayan saçlar isə yaşlı görünməyə səbəb olur. Saç uclarını mütəmadi olaraq kəsdirin. Qidalandırıcı kremlərdən və maskalardan istifadə edin.

Çox tünd saçlara sahib xanımların üz solğunluğu, qırışları, şişləir, göz altı qaraları daha tez nəzərə çarpır. 30 yaşdan sonra saçlarınızı çox tünd rəngləməyin. Mütəxəssislər 30 yaşdan sonra saçların rəngini bir az açmağı tövsiyə edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm