Nazpəri: “Hər birinizə belə xoşbəxtlik arzulayıram” - Foto
Bizi izləyin

Tabloid.az

Nazpəri: “Hər birinizə belə xoşbəxtlik arzulayıram” - Foto

Nazpəri Dostəliyevanın yay istirahətini başa vuraraq Bakıya qayıtması haqda xəbər verimişdik.

Nazpəri Dostəliyevanın yay istirahətini başa vuraraq Bakıya qayıtması haqda xəbər verimişdik.

Tabloid.az-ın məlumatına əsasən, İtaliya, İspaniya və digər ölkələrin gəzməli, görməli yerlərində dincələn xalq artisti bu gün səhər saatlarında evinə geri dönüb. O, mənzili qarşısında sürprizlə qarşılaşıb. Belə ki, sənətçinin pərəstişkarlarından biri olan Suğra onun üçün sürpriz hazırlayıb. İfaçının evinin önünü gül ləçəkləri ilə bəzəyib.

Xalq artisti bundan bərk təsirlənib. “Təyyarədən saat beşdə endim, evə gələndə bu cür qarşılamanı gördüm şoka düşdüm. Hər birinizə belə xoşbəxtlik, sənət sevgisi arzulayıram” - sözlərini yazaraq, şəkilləri “İnstagram”da paylaşıb.

Yeri gəlmişkən, N.Dostəliyeva xalq artisti İlhamə Quliyeva ilə arasında gedən məhkəmə çəkişməsi barədə də danışıb. O, aznews.az-a açıqlamasında bildirib ki, Ali Məhkəmənin qərarı hələ son deyil:

“Hələ bir instansiya da var. Sonda hər şey açıqlanacaq. İlhamə ilə bağlı hər şey bilinəcək. Mən də sizə bunlarla bağlı elə açıqlamalar, elə faktlar verəcəm ki...”

Qeyd edək ki, bir müddət öncə İlhamə Quliyeva ilə Nazpəri Dostəliyeva arasında məhkəmə çəkişməsi olmuşdu. İ.Quliyeva N.Dostəliyevanın onun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna zərər vurduğu iddiası ilə məhkəməyə müraciət etmişdi. İkincidən maddi zərərə görə 200 min, mənəvi zərərə görə isə 500 min manat ödəməsi tələb etmişdi.

Nəsimi rayon Məhkəməsinin qərarına əsasən, N.Dostəliyeva 50 min manat cərimələnmişdi. Bundan sonra N.Dostəliyeva Bakı Apelyasiya məhkəməsinə müraciət etmişdi. Məhkəminin qərarına əsasən, kasasiya şikayətinə baxılaraq, N.Dostəliyevadan 25 min manat təzminat istənilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm