Üzeyir Mehtizadə oyunu - Foto
Bizi izləyin

Tabloid.az

Üzeyir Mehtizadə oyunu - Foto

Üzeyir Mehtizadə özü istəmədən daha bir yeniliyə imza atıb.

Üzeyir Mehtizadə özü istəmədən daha bir yeniliyə imza atıb.

Tabloid.az xəbər verir ki, mobil telefonlarda “play market” və “app store” bölmələrində “azeri show business game” adlı yeni oyun çıxıb. Oyun Azərbaycan şou-biznes nümayəndələrinə həsr olunub. Oyunda yerli müğənnilərdən Röya Ayxan, Aygün Kazımova, Miri Yusif, Elşad Xose, Elariz Məmmədoğlu və digərlərinin rəsmləri yer alıb. Maraqlısı budur ki, oyunun qapaq rəsmində Üzeyir Mehtizadənin şəkli qoyulub.

Bu barədə Üzeyir Mehtizadə öz şəxsi “İnstagram” bloqunda qeyd yazıb:

“Fanatlar sağ olsunlar, göndərdilər. Sən demə, internet proqramçıları mənim şəklimə oyun hazırlayıblar. Özümdən icazə almasalar da, halallığını verirəm. Halal xoşunuz olsun!”

Qeyd edək ki, bir ay tamam olmamış, artıq 10 mindən çox insan bu oyunu yükləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm