Berenlə Kənan biznes qurdular
Bizi izləyin

Tabloid.az

Berenlə Kənan biznes qurdular

Gələcəkdə də bu tip biznes layihələrinə sərmayə qoyacaqlarını bildirən cütlük çox həyəcanlı olduqlarını deyiblər

Yeni ailə quran müğənni Kənan Doğulu və aktrisa Beren Saat öz bizneslərini qurublar. Ticarət dünyasına addım atan cütlük “Bidon Qida” adlı şirkət yaradıblar.

Şirkətin ofisi Arnavutköydə yerləşir, sərmayəsi 100 min lirə olan “Bidon Qida”ya rəhbərlik etmək isə Berenin qardaşı Cem Saata həvalə olunub.

Gələcəkdə də bu tip biznes layihələrinə sərmayə qoyacaqlarını bildirən cütlük çox həyəcanlı olduqlarını deyiblər.

Qeyd edək ki, onların şirkəti hər cür qida məhsulunun istehsalı, alışı, satışı, idxalı ilə məşğul olacaq.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm