Yaşı 60-ı keçən ən seksual qadınlar - Fotolar
Bizi izləyin

Tabloid.az

Yaşı 60-ı keçən ən seksual qadınlar - Fotolar

60 yaşlı Amerikalı super model Kristi Brinkli bu yaxınlarda qısa paltarda “Sports Illustrated” dərgisinə çox seksual pozalar vermişdi. Bu fotolar onu göstərdi ki, əbədi gözəlliyə, hətta ən gənc həmkarları da həsəd aparır. 60 yaşlı model bikini ilə dərgil

60 yaşlı Amerikalı super model Kristi Brinkli bu yaxınlarda qısa paltarda “Sports Illustrated” dərgisinə çox seksual pozalar vermişdi. Bu fotolar onu göstərdi ki, əbədi gözəlliyə, hətta ən gənc həmkarları da həsəd aparır. 60 yaşlı model bikini ilə dərgilərin üz qabığını bəzəyir.

Yeri gəlmişkən, son zamanlar dünyada moda brendlərinin reklamında və moda çəkilişlərində yaşlı nəsil modellərin və ulduzların çəkilməsi bir tendensiya halını alıb. Tabloid.az ən cəlbedici yaşlı məşhurlarının siyahısını müəyyənləşdirib. Hansı ki, onların peşəsinə həmişə tələbat var və onlar əsl qadın gözəlliyinin bariz nümunəsidir.

1. Kristi Brinkli - 60 yaş

Çoxlu pərəstişkarları olan məşhur Amerika müğənnisi, aktrisa, dizayner və model Kristi Brinkliyə tez-tez verilən suallardan biri də 60 yaşında belə güclü formaya necə malik olmasıdır. Model etiraf edir ki, onun əbədi gəncliyinin sirri vegetarianlıqdır. Heç bir plastik cərrahiyyə keçirmədən bu yaşda gənclik illərindən daha gözəl görünür. Aradan uzun illər keçsə də, qüsursuz bədən ölçüləri və parıltısı ona hələ də model kimi işləməyə icazə verir.

2. Ceyn Fonda - 75 yaş

Məşhur aktyor Henri Fondun qızı gənc yaşlarından filmlərdə çəkilməyə başlayıb, paralel olaraq da model işləyib. Mükəmməl üz cizgiləri və aktyorluq istedadı sayəsində məşhurluğun bütün qapıları onun üzünə açılır. Geyim tərzi mətbuatda bir çox müzakirələrə səbəb olur. O, fitnes və sağlam qidalanmaq dəlisidir. Ceyn Fond ona uzun illər gözəl fiziki formada qalmağa imkan verən aerobikanı hər zaman təbliğ edir. Kino ulduzu sübut etdi ki, gözəllik və istedad bir-birini istisna etmir. Lakin aktrisanın zahiri görkəmi indiyə qədər də hər kəsi valeh edir. Axı hər qadına 75 yaşında Ceyn kimi ideal profilini saxlamaq nəsib olur. Aktrisa 75 yaşı olmasına baxmayaraq, əyninə kip oturan, seksual geyimlərini özünə rəva görə bilir.

3. Sofi Loren 78 yaş

İtaliyanın kino ulduzu və 50-ci illərin seks-simvolu - başqaları üçün heyranlıq nümunəsidir. O, 72 yaşında ulduz Pirelli təqviminə çəkilməklə bütün pərəstişkarlarını sarsıdır. İllər keçsə də, o, təkcə məşhurluğunu deyil, həm də əla fiziki formasını qoruyub saxlaya bilib. Sofi Lorenin bu barədə şəxsi gənclik və gözəllik sirlərini var: aktrisa siqaret çəkmir, spirtli içkilərdən istifadə etmir, qidalanmasına fanatikcəsinə nəzarət edir. Onun gündəlik rasionuna uzun illər limonlu su, qatığın içinə əlavə edilmiş pivə mayaları daxildir. Loren öz əbədi gözəlliyinə yalnız sağlam qidalanma və pəhriz nəticəsində nail olub.

4. Helen Mirren - 67 yaş

Helen Mirrenin hər çıxışı mətbuatda həmişə qızğın müzakirələrə səbəb olur. Təəccüblü deyil ki, aktrisanın hər çıxışı belə ajiotaj doğurur, çünki 67 yaşı olmasına baxmayaraq, fantastik görünür. Stilistlər Mirrenin gözəl üslubu və qəşəng obrazlarını qeyd etməkdən yorulmurlar. Lakin cəlbediciliyinin əsas sirri sonsuz xarizmasındadır. Kino ulduzun özü düzgün geyim dəstlərini təvazökarlıqla cavanlıq sirri adlandırır.

5. Ceyn Seymour - 62 yaş

Ceyn Seymoura tez-tez yaşı olmayan qız deyirlər. O, düzgün gözəllik ritualları sayəsində siyahının 6-cı pilləsində qərarlaşıb. Bəs onun gözəllik sirri nədir? Kino ulduzu həmişə bəyan edir ki, gözəl görünmək üçün plastik yardımına əl atmayıb. Aktrisa gənclik sirrinin zərərli vərdişlərinin olmaması və yaxşı genləri ilə bağlı olduğunu söyləyir.

6. Katrin Denev - 69 yaş

Fransız aktrisası Katrin Denev 70 yaşı olmasına baxmayaraq, dünyada ən gözəl xanımlarından biri olaraq qalır. Onun pərəstişkarlarının əksəriyyəti hesab edir ki, Denev yaşlaşdıqca yalnız çiçəklənir. Kino ulduzu öz yaşını heç vaxt gizlətmir, əksinə, həmişə ləyaqətlə yaşını qeyd edir. Denev əmindir ki, siqaret çəkməkdən imtina, sağlam həyat tərzi və piyada gəzintilər onun gözəlliyini və gəncliyini qoruyub saxlamağa kömək edir.

7. Syuzan Sarandon - 66 yaş

Syuzan Sarandon bədən quruluşunu qeyri-adi reseptlərə əməl edərək qoruyur. Bu il onun 66 yaşı tamam olsa da, xarici görünüşü bu rəqəmə qətiyyən uyğun gəlmir. Syuzan Sarandonun cavanlıq sirri - pinq-ponqdur. Ulduz tennis klubunun üzvüdür. Aktrisa hesab edir ki, yoqa və digər idman növlərindən fərqli olaraq, pinq-ponq - formada qalmaq üçün ən şən idman növüdür.

8. Meril Strip 64 yaş

Meril Strip bu gün ən çox tələb olunan aktrisalardan biridir. 64 yaşı olan ulduza yalnız qoca qadın rolları nəsib olmur, əksinə, o, dəbdəbəli qadın obrazları ilə diqqət çəkir. Meril məhəbbət melodramlarında əsas qəhrəmanları canlandırmağa davam edir. Maraqlıdır ki, ulduz Meril əksər ulduzlardan fərqli olaraq plastik əməliyyat keçirməyib və yaşını gizlətmir. Meril enerjisini ailəsindən alır, bütün boş vaxtını doğmalarına və yaxınlarına ithaf edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm