Vəfa Zeynalova üzündən xəsarət alıb - Fotolar
Bizi izləyin

Tabloid.az

Vəfa Zeynalova üzündən xəsarət alıb - Fotolar

Əməkdar artist, aktrisa Vəfa Zeynalova kiçik xəsarət alıb.

Əməkdar artist, aktrisa Vəfa Zeynalova kiçik xəsarət alıb.

Tabloid.az xəbər verir ki, o, Fransada “Fort Boyard” yarışmasında iştirak edən zaman üzündən zədə alıb. Belə ki, oyunda ona verilən tapşırığı yerinə yetirməyə çalışan aktrisa suda olarkən yıxılıb, üzü zədələnib.

Bu haqda “Fort Boyard”ın rəsmi “Facebook” səhifəsində qeyd olunub.

Qeyd edək ki, “Fort Boyard” dünya şöhrətli televiziya şousudur. Burada hadisələr Biskay körfəzində, Primorskaya Şaranta sahillərindəki Boyard fortunda cərəyan edir. Proqram ilk dəfə olaraq 1990-cı ildə Fransanın “Antenne 2” telekanalında nümayiş olunub. Proqramın çəkilişləri XIX əsrdə Fransa sahillərində, Eks və Oleron adaları arasında tikilmiş qalada aparılır. İştirakçı komandalar fort xəzinəsini qazanmaq üçün müxtəlif fiziki və əqli sınaqlara məruz qalaraq açarları və bilməcələri tapmalıdırlar.

“Fort Boyard”ın Azərbaycandan olan ulduz iştirakçıları ATV telekanalının aparıcıları Afaq Gəncəli, Nərgiz Vahabqızı, Günay Firudinqızı, Kəmalə Piriyeva, Rüfət Ağayev, Kamilə Babayeva, aktyorlar Elşən Orucov, Ramin Babayev, Fərda Xudaverdiyev, əməkdar artist Vəfa Zeynalova, müğənni Günay İbrahimli, Nadir Qafarzadə, Xəyyam Nisanov, Elnur Məmmədov, Rəqsanə İsmayılova, Samir Cavadzadə, Elmir, rejissor Fuad Əlişov və başqalarıdır.

Televiziya şousunun çəkilişləri Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ATV telekanalı tərəfindən aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm