Ronaldo İrinanı bu vəziyyətdə görməsin! - Fotolar
Bizi izləyin

Tabloid.az

Ronaldo İrinanı bu vəziyyətdə görməsin! - Fotolar

İki modelin olduqca cəsarətli pozalarda çəkilmələri diqqəti İrinanın sevgilisi Ronaldonun üzərində cəmləşdirib

Ən cazibədar top model İrina Şeyk Braziliyanın ən məşhur brendlərinən “Triton”nun reklam kampaniyasının siması seçilib. Brendin 2015-ci il bahar-yay kolleksiyası üçün kamera qarşısına keçən gözəlçə olduqca seksual pozalar verib. Ekzotik ölkələrdən ilham alınaraq yaradılan yeni kolleksiyada bitki, heyvan naxışları üstünlük təşkil edir. İrina Şeykin cazibədarlığı ilə geyimlərin gözəlliyi birləşəndə ortaya möhtəşəm görüntülər çıxıb.

İrinaya yaraşıqlı model Evandro Soldati yoldaşlıq edib. İki modelin olduqca cəsarətli pozalarda çəkilmələri diqqəti İrinanın sevgilisi Ronaldonun üzərində cəmləşdirib. Məşhur futbolçunu bu fotolara necə reaksiya verəcəyi maraqla gözlənilir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm