Polis idarəsinə çağırılan Aygündən video
Bizi izləyin

Tabloid.az

Polis idarəsinə çağırılan Aygündən video

Gündəmi Natavan Həbibinin Aygün Kazımova, Zorik və Toliki məhkəməyə verməsi zəbt edib.

Gündəmi Natəvan Həbibinin Aygün Kazımova, Zorik və Toliki məhkəməyə verməsi zəbt edib.

Tabloid.az xəbər verir ki, Zorik Səbayel rayon Məhkəməsinə çağrıldıqdan sonra ardınca xalq artisti Aygün Kazımovadan Xəzər Rayon Polis İdarəsində izahat alınıb.

Yeri gəlmişkən, Natəvan Həbibini qəzəbləndirən Aygün Kazımovanın, prodüser Tolik (Tarix Əliyev) və rejissor Zorikin (Zöhrab Ağayev) onun şərəf və ləyaqətinə toxunaraq, erməni adlandırmaları olub. Bundan bərk qəzəblənən N.Həbibi onların hər üçünü məhkəməyə verib.

A.Kazımova məsələ ilə bağlı sosial şəbəkədə açıqlama verib. Avtomobildə gedərkən çəkdirdiyi videonu “İnstagram” bloqunda paylaşan xalq artisti mesajını göndərib:

“Canlarım, yolumuz Nabrana. Qalan söhbətlər isə “vız” gəlir bana” - deyə məsələyə ironiya ilə münasibət bildirib.

Qeyd edək ki, hazırda Nabrana yol alan Aygün Kazımova sabah “Super şou” adlı konsert proqramı ilə çıxış edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm