Parlaq rəngləri qarderoba daxil etməyin yolları
Bizi izləyin

Tabloid.az

Parlaq rəngləri qarderoba daxil etməyin yolları

Neytral rənglər qadınların qarderobunun əsasını təşkil edir desək yanılmarıq. Rəng fərdiliyi, zərifliyi, dəsti-xətti qabardan və ümumi ansamblı yaradan elementdir. Əgər qarderobunuza yeni, dəbə, mövsümə uyğun rənglər daxil etmək istəyirsinizsə, razılaşın

Neytral rənglər qadınların qarderobunun əsasını təşkil edir desək yanılmarıq. Rəng fərdiliyi, zərifliyi, dəsti-xətti qabardan və ümumi ansamblı yaradan elementdir. Əgər qarderobunuza yeni, dəbə, mövsümə uyğun rənglər daxil etmək istəyirsinizsə, razılaşın ki, modaçıların tövsiyələrini nəzərdən keçirmək yerinə düşəcək.

Beləliklə, əvvəla öyrəşdiyiniz geyim stilindən və rənglər qammasından çox uzaqlaşmayın. Əgər adətən pastel rənglərdən istifadə edirdinizsə, deməli açıq çəhrayı rəng sizi tez yoracaq. Mövsümü rənglərə çox uymayın. Düşünün ki, bəzi rənglərdən istifadə sadəcə sizə əks göstərişdir. Unutmayın ki, parlaq aksentlər sadəcə sizin fərdiliyinizi vurğulamaq üçün bir alətdir. Yəni dəbdir deyə qırmızı rəngdə qısa yubkanın geyinməyin heç yeri yoxdur.

Əgər öz rənginizi tapmaq istəyirsinizsə, müxtəlif rəngli kağızları sifətinizdə yoxlayın.

Qarderobunuzu real qiymətləndirin ki, hansı geyimləri, aksessuarları bir-biri ilə uyğunlaşdırmağı müəyyənləşdirə biləsiniz.

Əsas iki-üç rənglə məhdudlaşın.

Əgər seçdiyiniz rəngi məsələn, çəhrayı və ya digər rəngi makiyajda istifadə etmək mümkündürsə, ondan dodaq və ya dırnaq boyasında istifadə etməyə çalışın.

Kostyumunuzu sevdiyiniz parlaq rəngli şərflə tamamlayın.

Ciddi pencəyi daha açıq rəngli köynəklə kombinə etməyə çalışın.

Beləliklə yavaş-yavaş rəngə öyrəşdikcə həmin rəngdə jaket və ya kardiqan geyinə bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm