Müasir interyerdə qobelen dəbi - Fotolar
Bizi izləyin

Tabloid.az

Müasir interyerdə qobelen dəbi - Fotolar

Müasir interyerdə qobelen dəbi - Fotolar

Modanın təsiri altında dizaynerlər uzun illər mənzillərimizi bəzəyən divar xalçaları dəbindən uzaqlaşırlar. Hazırda xalçadan ancaq döşəməyə salmaq üçün istifadə edilir, xalçaların rəng qamması da həddindən ziyadə dəyişikliklərə məruz qalıb. Artıq zoğalı xalçaları pastel çalarlar əvəzləyir. Divarları isə əl işləri oıan qobelenlər bəzəyir.

Ümid edirik ki, tabloid.az-ın topladığı qobelen divar dekorlarını bəyənəcəksiniz və öz evinizin interyinə uyğun variant tapacaqsınız.

Qobelen toxunma rəsm əsəridir, Qədim Misirdən dövrümüzə gəlib çatan toxuculuq sənətinin formalarından biridir. İlk toxuculuq dəzgahları məhz Misirdə yaradılıb. Qobelenlər ənənəvi olaraq, şaquli dəzgahında hazırlanırdı. Əsasən pambıq və ya kətan sapından istifadə olunurdu.

Arğac sapını bir qayda olaraq yun sap əvəzləyirdi. Lakin incəlik və gözəllik üçün ona ipək, qızıl və gümüş saplar əlavə edilirdi.

Avropada qobelenlər ilk dəfə alman monastırlarında hazırlanıb. Qobelenlər divarlarının bəzəyi yox, həm də isti saxlamaq istifadə edilirdi.

Bu sənətinin çiçəklənməsi XV-XVIII əsrlərə təsadüf etdi. Bu gözəl sənət əsərləri Fransanı, Belçikanı və nəhayət bütün Avropanı fəth etdi. Krallar və Avropa zadəganları saraylarını və malikanələrini qobelenlərlə bəzədilər. Bu artıq təkcə rahatlıq deyildi, həm də nüfuzlu hesab edilirdi.

İlk dəfə Burqund hersoqları qobeleni valyuta pul kimi istifadə ediblər. Döyüşlərdə uduzanda onu pul əvəzi verirdilər. Beləliklə, qobelenlərin kolleksiyası toplanılıb və bu dekorlar lüks əşyalar statusunu alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm