Bu ilin ən rəngli dəb tendensiyası - Fotolar
Bizi izləyin

Tabloid.az

Bu ilin ən rəngli dəb tendensiyası - Fotolar

Geyimlə ayaqqabının rəng dostluğu

İllər keçdikcə moda dəyişir, təkamül keçirir. Məsələn, əvvəllər ayaqqabı və çantanın eyni rəngdə olması şərt idi. Hətta bəzən kəmərin də eyni rəngdə olması tələb olunurdu.

Yaxşı ki, dövr dəyişdi və insanları çərçivəyə salan bu qaydalar da aradan qalxdı. Artıq hamı öz zövqünə uyğun geyinərək şıq görünə bilər. Çünki şıq olmaq üçün hansısa qaydaya əməl etmək vacib deyil.

Amma yenə də geyimdə rəng uyğunluğuna önəm verənlər üçün moda öz sözünü deyir.

Son vaxtlar yeni bir dəb tendensiyası qadınlar arasında geniş yayılıb. Bu geyimlə ayaqqabının bir rəngdə olmasıdır.

Artıq bu dəb dünya ulduzlarının da diqqətini çəkib.

Məsələn, Cenifer Lopez MTV musiqi mükafatları gecəsinə parıltılı, gümüşü libasını tamamlayan yenə eyni rəngdəki ayaqqabı ilə gəlmişdi.

Bu dəb küçə stilində də öz sözünü deyir. Gündəlik həyatda da koftanız, bluzunuz, ətəyiniz və ya şalvarınızla eyni rəng ayaqqabı geyinərək dəblə ayaqlaşa bilərsiniz.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm